Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Neft insan haqlarını arxa plana keçirmir»


«Elə etmək lazımdır ki, diplomatiya və vətəndaş nəzarəti terror sabotajını üstələsin»
«Elə etmək lazımdır ki, diplomatiya və vətəndaş nəzarəti terror sabotajını üstələsin»

«Azərbaycanın beynəlxalq təhlükəsizliyə əsas töhfəsi demokratiyanın inkişafından keçir». Bunu «Azadlıq» radiosuna müsahibəsində Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) Azərbaycanla dostluq qrupunun sədri, deputat Jan Lui Dumon deyib.


O, bildirib ki, Avropada neftin bahalaşması enerji təhlükəsizliyinə ehtiyacı artırır. Amma bu, insan haqlarını arxa plana keçirmir:


«Artıq dünya birjasında neftin qiyməti 130 dollara çatıb. Biz bunu nəzərə almaya bilmərik. Amma ölkələr arasında əməkdaşlıq təmiz münasibətlərə əsaslananda möhkəm olur. Biz Azərbaycanda demokratiyanın inkişafını istəyirik».


Cənab Dumonun fikrincə, enerji təhlükəsizliyinə digər hədə terrorçulardan gələ bilər. Buna görə də, regionda vətəndaş nəzarətini gücləndirmək lazımdır:


«Elə etmək lazımdır ki, diplomatiya və vətəndaş nəzarəti terror sabotajını üstələsin».


Tezliklə Fransa deputatlarından ibarət böyük qrup Azərbaycana gələcək və bu məsələləri müzakirə edəcəklər. İyunun 14-21-də baş tutacaq səfər iki ölkə parlamentarları arasında ilk geniş dialoq sayılır.


Dumon deyib ki, Fransa indi Azərbaycanın problemlərini daha yaxşı başa düşmək istəyir. Buna görə də qrup Bakıda olarkən qaçqınlara baş çəkməyi planlaşdırır.


Fransa-Azərbaycan dostluq qrupu 2002-ci ildə yaradılıb. Qrupa 25 deputat daxildir.


XS
SM
MD
LG