ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevi və Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: «Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avroatlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatları inkişaf etdirmək yolu ilə, gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazırıq».
Corc Buş Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndirir: «İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram».
Bu yaxınlarda Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artırıb.