Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Ermənistanla ortaq məxrəcə gəlmək olar»


XİN rəsmisi deyir ki, ümid hələ var
XİN rəsmisi deyir ki, ümid hələ var

İlham Əliyevlə Serj Sərkisyanın ilk görüşündə Ermənistanın sülh danışıqlarında açıq qalan məsələlərə münasibətinin dəyişib-dəyişmədiyi aydınlaşacaq.


Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov mayın 29-da bəyan edib.


Prezidentlər iyunun 7-də Sankt-Peterburqda görüşəcəklər.


Əzimov deyib ki, Ermənistanın yeni rəhbərliyinin mövqeyi məlum olandan sonra müzakirələrin taleyi müəyyənləşəcək:


«Münaqişənin həlli istiqamətində növbəti addımlar prinsipial mövqelərdən asılıdır. Əgər tərəflərin prinsipial mövqeləri fərqlidirsə, yəqin ki, gələcək müzakirələrdə də nəticə əldə etmək üçün konkret əsas olmayacaq».


Əzimov onu da deyib ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycandan ayırmaqla bağlı «ekstremal mövqeyindən» çəkilsə, onunla ortaq məxrəcə gəlmək olar. Nazir müavini əlavə edib ki, ümid hələ var.


XS
SM
MD
LG