Azərbaycan tərəfi Qarabağ danışıqlarının davamı ilə bağlı Ermənistanın cavabını gözləyir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi iyunun 2-də bəyan edib.
O, deyib ki, Bakı məsələni sual şəklində qoyub və əgər Yerevanın cavabı neqativ olsa, danışıqlar dayana bilər.
«Görsək ki, qarşı tərəf danışıqları davam etdirmək üçün iradəyə malik deyil, o zaman danışıqların aparılmasının heç bir mənası qalmayacaq».
Xəzər İbrahim deyib ki, Yerevan cavabını bu həftə Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü zamanı verməlidir.
Bu görüş iyunun 7-də MDB ölkələri başçılarının İqtisadi Forum çərçivəsində keçiriləcək.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən həftə Moskvada bildirib ki, Yerevan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ümidlə yanaşır.