Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:52

Cənub bölgəsindəki abidə hamamlar dağılır


Dağılmaqda olan daha bir hamam isə 1806-cı ildə Ərçivan kəndində tikilib
Dağılmaqda olan daha bir hamam isə 1806-cı ildə Ərçivan kəndində tikilib
Cənub bölgəsindəki abidə hamamlar baxımsızlıq ucbatından dağılır. Ötən əsrin əvvəllərində bu bölgədə hamamların sayı 50-yə yaxın olub. Evlərə təbii qaz veriləndən sonra hamamlar fəaliyyətlərini dayandırıblar. Bu da hamamların tədricən dağılmasına səbəb olub.

Masallı rayonunun Qızılağac kəndində olan «Kiçik hamam» 18-ci əsrdə tikilib. Hamamın indi xarabalıqları qalıb. Bu hamama «Kərbalayi Nəsrulla hamamı» da deyiblər. Adamları hamama şeypurla çağırırlarmış. Adı çəkilən kəndin daha bir hamamı həcmcə böyük olduğundan ona «Böyük hamam» deyiblər. Kənd sakinlərinin dediklərinə görə, «Böyük hamam» Hacı Məmmədə məxsus olub. Buna görə də həmin hamama «Hacı Məmməd hamamı» da deyiblər. «Hacı Məmməd hamamı» 2002-ci ilə kimi yaxşı vəziyyətdə olub. Lakin sonralar baxımsızlıq üzündən dağılıb.


«Hacı Məmməd hamamı»na oxşar hamamlar Bakı, Masallı və Cəlilabadın Göytəpə kəndində də inşa edilib.


Bölgədə dağılmaqda olan daha bir hamam isə 1806-cı ildə Astara rayonunun Ərçivan kəndində tikilib. Hamamın üstündə səkkiz gümbəz var. Yuxarıdan baxanda səkkiz guşəli ulduz kimi görünür. Deyilənə görə, hamamın inşasında yumurta sarısından istifadə edilib. Ərçivan kəndi İpək yolunun üstündə yerləşdiyindən hamam ötən əsrin 80-cı illərinə kimi fəaliyyət göstərib.


Astara Rayon Mədəniyyət və Turizm İdarəsinin inspektoru Əfqan Şəfiyev deyir ki, bu hamam sonuncu dəfə 1980-cı ildə təmir edilib. Elə həmin ildə də fəaliyyətini dayandırıb. 2001-ci ilin avqustunda Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə tarixi abidə elan olunub: «Yəqin ki, abidə hamamların yaxın vaxtlarda təmirinə başlanacaq».


XS
SM
MD
LG