İyunun 3-də Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda mövcud olan hərbi-siyasi vəziyyət müzakirə edilib.
Nazir bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən heç bir şərt irəli sürmədən tez bir zamanda geri çəkilməzsə vəziyyət nəzarətdən çıxa bilər.