Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:28

Venesiya Komissiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib


İyunun 13-14-də Venesiya Komissiyasının 75-ci sessiyası keçiriləcək
İyunun 13-14-də Venesiya Komissiyasının 75-ci sessiyası keçiriləcək

İyunun 13-14-də Venesiya Komissiyasının 75-ci sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib.


Əvvəlcə Venesiya Komissiyasının üzvləri Azərbaycanda «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər barədə məlumatlandırılacaq, daha sonra Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri müzakirə edəcəklər. Sessiyada VK üzvlərindən Ayvars Endzinş, Peter Paçolay və Jessi Pilqrim bu sənədə rəy verəcəklər.


İclasda Azərbaycandan Prezidentin İcra Aparatının şöbə müdirləri Şahin Əliyev, Fuad Ələsgərov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edəcəklər.


Venesiya Komissiyasının iclasında Ermənistanın da «Sərbəst toplaşmaq azadlığı haqqında» qanununa dəyişikliklərlə bağlı müzakirələrin keçirilməsi nəzərdə tutulur. / APA /


XS
SM
MD
LG