Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

«Strekalinin məhkəməsi saxtakarlıqdır»


İş üzrə məhkəmə baxışı iyunun 20-ə təyin edilib
İş üzrə məhkəmə baxışı iyunun 20-ə təyin edilib

«Sərhədsiz reportyorlar» beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan məhkəməsini «Azadlıq» qəzetinin reportyoru Aqil Xəlilin işini araşdırarkən, «kobud manipulyasiyalara» yol verməkdə təqsirləndirib.


Təşkilatın iyunun 6-da yayılan bəyanatında qeyd edilir ki, Azərbaycan hakimiyyəti hələ də A. Xəlili nüfuzdan salmağa çalışır, bıçaqlanma hadisəsini əxlaqsızlıq kimi təqdim edir: «Hakimiyyət reportyorun onu bıçaqlayanların hüquq-mühafizə orqanları ilə əlaqəsi olması haqda iddialarına məhəl qoymur. İyunun 5-də başlamış məhkəmə saxtakarlıqdır».


Aqil Xəlilə bıçaqla xəsarət yetirmə və narkotik maddələrdən istifadə etmə ittihamları ilə saxlanan Sergey Strekalinin işi üzrə iyunun 5-də məhkəməyə hazırlıq iclası keçirilib.


Cinsi azlığa mənsub olduğunu deyən Sergey Strekalin bundan əvvəl yerli TV-lərlə yayılan ifadələrində bildirmişdi ki, Aqil Xəlili də cinsi zəmində mübahisəyə görə bıçaqla yaralayıb.


A. Xəlil və vəkilinin iştirak etmədiyi hazırlıq iclasında Strekalin ifadələrini təzyiq olmadan, könüllü verdiyini bildirib. Aqil Xəlil isə Strekalinlə hansısa formada münasibətlərinin olması barədə deyilənləri diqqəti onun döyülməsi və bıçaqlanmasından yayındırmaq üçün düşünülmüş iftira hesab edir.


Bu iş üzrə məhkəmə baxışı iyunun 20-ə təyin edilib.


XS
SM
MD
LG