Hazırda Azərbaycanda qeydiyyatda olan avtomobillərin ümumi sayı 800 mini ötüb. Məlumat Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
Bu, 1993-cü ilin göstəricisindən təxminən 2,5 dəfə çoxdur. Əgər 1992-1993-cü illərdə ölkədə orta hesabla hər 22 nəfərə 1 avtomobil düşürdüsə, indi bu rəqəm 11-in 1-ə nisbətindədir.