Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:53

«Sülh yoluna alternativ yoxdur»


ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stab
ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stab

«Bu münaqişənin sülh yolu həllinə alternativ yoxdur». ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stab Helsinkidə Minsk Qrupunun həmsədrləri ilə görüşündə belə deyib. ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeniliklər müzakirə edilib.


Həmsədrlər ATƏT sədrini son hadisələr, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 7-də Sankt-Peterburqda keçirdikləri görüş barədə məlumatlandırıblar.


Aleksandr Stab həmsədrlərin fəaliyyətinə tam dəstəyini ifadə edib. O, deyib ki, ATƏT-ə üzv ölkələrdəki münaqişələrin həlli Finlandiyanın sədrliyi müddətində təşkilatın əsas prioritet verdiyi sahədir: «Mən Ermənistan və Azərbaycanı Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən maksimum istifadə etməyə və münaqişənin həllinin əsas prinsiplərinə dair təklifləri ciddi şəkildə nəzərdən keçirməyə çağırıram».


XS
SM
MD
LG