Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

«Əl-Qaidə» ilə əlaqədə təqsirləndirilənlərin valideynləri etiraz edirlər


İş üzrə hazırlıq iclası mayın 30-da keçirilib
İş üzrə hazırlıq iclası mayın 30-da keçirilib

İyunun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun rəhbərliyi ilə «Əl-Qaidə» və «Əl-Cihad» terrorçu qruplaşmaları ilə əlaqədə şübhəli bilinən bir qrup şəxsin işi üzrə proses davam edib. Məhkəmə binasının qarşısına yığışan təqsirləndirilənlərin valideynləri prosesin qapalı keçirilməsinə etiraz ediblər. Onlar prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və məhkəmənin ünvanına etiraz teleqramı vuracaqlarını deyiblər.


Səudiyyə Ərəbistanı vətəndaşı, «Əbu-Cəfəri» təxəllüslü Naif Əbdül Kərim əl-Bedevi və daha 17 nəfər bir sıra cinayətlərdə təqsirləndirilirlər. Bura hakimiyyət nümayəndəsinin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə, odlu silah və partladıcı maddələr əldə etmə, istifadə, saxlama, qanunvericilikdə nəzərdə tutulmayan silahlı qruplaşma yaradaraq müəssisələrə, ayrı-ayrı şəxslərə hücumlar təşkil etmə və s. daxildir.


Radikal dini təriqətin daşıyıcıları hesab edilən qrup üzvləri MTN və DİN-in keçirdiyi birgə əməliyyat nəticəsində həbs edilib.


İş üzrə hazırlıq iclası mayın 30-da keçirilib. Həmin prosesdə məhkəmənin qapalı keçirilməsi qərara alınıb.


İşin istintaqını MTN aparıb.


XS
SM
MD
LG