İyun ayının 18-dən 19-na keçən gecə ölkədə havanın qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi və yağış yağacağı gözlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 20-dək ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı, yağıntıların bəzi rayonlarda leysan xarakterli olacağı və dolu düşəcəyi proqnozlaşdırılır.
Sinoptiklər bəzi dağ çaylarında qısamüddətli daşqınlar olacağını ehtimal edirlər. Ölkə şimal-qərb küləyi güclənəcək.