Futbol üzrə Avropa Çempionatında üçüncü yarımfinalçı bəlli olub. Rusiya yığması Hollandiyanı məğlub edib.
Ruslardan Roman Pavlyuçenko 56-cı dəqiqədə qol vurub. Bundan sonra Van Nistelroy hesabı bərabərləşdirib. 112-ci dəqiqədə Dmitri Torbinski, 116-cı dəqiqədə isə Andrey Arşavin hollandların qapısını dəqiq nişan alıblar.
Beləliklə, Rusiya yığma komandası tarixində ilk dəfə olaraq Avropa Çempionatının yarımfinalına yüksəlib.
Rusiyanın rəqibi iyunun 22-də keçiriləcək İspaniya - İtaliya matçında müəyyənləşəcək.