Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:02

Aqil Xəlilin prosesdə iştirakı haqda qərardad çıxarıldı


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil

İyunun 24-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə martın 13-də «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda ittiham olunan Sergey Strekalinin işi üzrə proses davam edib. Strekalinə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər yetirmə və narkotik əldə etmə və saxlama maddələri ilə ittiham irəli sürülüb.
İclasın əvvəlində hakim Abdullayev dövlət ittihamçısına zərərçəkmişin prosesdə şəxsən iştirakının zəruri olub-olmaması sualı ilə müraciət edib. Prokuror Eldar Həmzəyev bildirib ki, bu, zəruridir. Belə ki, ilkin istintaqda A.Xəlil ziddiyyətli ifadələr verib, onun iştirakı işin obyektiv araşdırılması üçün zəruridir. S.Strekalinin vəkili Akif Məlikov da jurnalistin prosesdə iştirakının zəruriliyini qeyd edib və bunu məcburi qaydada təmin etməyi təklif edib.


A.Xəlilin vəkili Elçin Sadıqov isə bildirib ki, jurnalist prosesdə iştirak etmək niyyətində deyil, belə ki, «ona bıçaq zərbəsini Strekalin vurmayıb». Lakin hakim zərərçəkmişin prosesdə iştirakı haqqında qərardad qəbul edib və məhkəmənin davamını 1 iyul saat 10.30-a təyin edib.


«Turan»


XS
SM
MD
LG