Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Enerji sammiti


Prezidentlərin sammitdə əsas müzakirə mövzusu enerji məsələsidir
Prezidentlərin sammitdə əsas müzakirə mövzusu enerji məsələsidir

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanı özündə birləşdirən GÜAM regional əməkdaşlıq təşkilatına, geniş yayılmış rəyə görə, Rusiyanın dominant olduğu MDB-yə əks qüvvə kimi baxırlar. GÜAM-n beşinci üzvü olan Özbəkistan 2002-ci ildən təşkilatda fəaliyyətini dayandırıb.


İyulun 1-də Gürcüstanın Batumi şəhərində keçirilən sammitdə xarici işlər nazirinin müavini ilə təmsil edilən Moldovadan başqa bütün üzv ölkələrin prezidentləri ilə yanaşı Litva ilə Polşanın dövlət rəhbərləri, habelə Çex Respublikası və ABŞ-ın yüksək vəzifəli rəsmi nümayəndələri iştirak ediblər.


«Azadlıq» radiosu Gürcü redaksiyasının müxbiri Nata İmediaşvili Batumidən xəbər verib ki, sammitdə enerji məsələlərinə xüsusi diqqət yetirilir:


«GÜAM ölkələrinin nazirləri Odessa-Brodı-Gdansk-Plock neft kəməri layihəsini müzakirə etməkdən ötrü görüşüblər. Görüşdən sonra Gürcüstanın energetika naziri Aleksandr Ketaquri jurnalistlərə deyib ki, «tikintisi başa çatandan sonra həmin boru kəməri ilə neft Xəzər hövzəsindən Ukraynaya və oradan Avropaya nəql ediləcək».


Son vaxtlar Moskva ilə münasibətləri növbəti dəfə gərginləşən Gürcüstan və Ukrayna Rusiyanın nefti və qazından indiki asılılığı heç olmasa azaltmağı arzulayırlar.


Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycana böyük ümidlər bələnilir. Azərbaycanın energetika naziri Natiq Əliyevin görüşdə iştirakı enerji məsələlərinin samitdə əsas yer tutduğunu təsdiq edib.


Gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə Batumidəki bir mənzillərin birində qaz plitəsini birlikdə yandırandan sonra Azərbaycan prezidenti İlham Əliyev deyib:


«Azərbaycandan bura qaz nəql edilməsinə çox şadam. Bu sıx əməkdaşlığımızı və dost münasibətlərimizin göstəricisidir. Həm də bir faktı sübut edir ki, bizə qısa müddətə çox iri layihəni həyata keçirmək müyəssər olub. Əminəm ki, qazlaşdırılmamış Gürcüstanın rayonlarına da tezliklə Azərbaycan öz qazını nəql edə biləcək. Gürcüstanda qazlaşdırma davam edir və ölkənizə verilən Azərbaycan qazının həcmi artmaqdadır».


Ukrayna prezidenti Viktor Yuşenko isə Azərbaycan prezidenti ilə görüşündən sonra qeyd edib ki, Avropaya Rusiya ərazisindən keçmədiyinə görə «Odessa-Brodı» kəmər layihəsi onun ölkəsi üçün strateji əhəmiyyət daşıyır.


XS
SM
MD
LG