Estoniyalı deputat, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel Azərbaycanda prezident seçkilərində təşkilatın monitorinq missiyasının rəhbəri təyin edilib. Bu barədə Bakıda keçirilən mətbuat konfransında AŞPA prezidenti Luis Mariya de Puç bildirib.
O, həmçinin deyib ki, əgər sentyabra qədər ölkədə vəziyyət dəyişməsə və siyasi məhbus problemi gündəlikdən çıxarılmasa, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi haqqında məsələyə AŞPA-nın sentyabr sessiyasında baxıla bilər.(Turan)