Azərbaycanda siyasi məhbus məsələsi sentyabra qədər həll olunmalıdır, yoxsa Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi məruzəçi təyin edəcək. Bunu AŞPA prezidenti Luis Mariya de Puç Bakıda mətbuat konfransında deyib:
«Mən Azərbaycan səfərdən qayıdandan sonra dəyişiklik olmasa, hökumət siyasi iradəsini göstərməsə, yəqin ki, sentyabr ayından başlayaraq məruzəçi təyin olunacaq».
Prezident seçkisində AŞPA Azərbaycana 30 nəfərlik missiya göndərəcək. Missiyaya estoniyalı deputat, Azərbaycan üzrə məruzəçi Andres Herkel başçılıq edəcək. Bu barədə AŞPA-nın sədri Luis Mariya de Puç məlumat verib. Mariya de Puç iyulun 1-dən Bakıdadır. O, Milli Məclisdə olub, müxalifət liderləriylə görüşüb, Azərbaycanda seçkiqabağı vəziyyətlə tanış olub.