Amerikanın «Grynberg Production» neft şirkəti «StatoilHydro»ya qarşı məhkəmə iddiası irəli sürüb. Norveç mətbuatının yaydığı xəbərdə bildirilir ki, «StatoilHydro» korrupsiyada günahlandırılır.
«Grynberg Production» iddia edir ki, bu şirkətin vaxtilə Qazaxıstandakı qeyri-qanuni əməliyyatlara cəlb edilməsində «StatoilHydro»nun da əli var və 90-cı illərdə Qazaxıstan hökumətindən alınan lisenziyalar müqabilində rüşvət verilib. Məsələ ABŞ məhkəmə sistemi tərəfindən araşdırılacaq.