Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:13

Rüşvət tələb edən polis polkovniki işdən azad edildi


İyulun 4-də İntiqam İsmayılov azadlığa buraxılıb
İyulun 4-də İntiqam İsmayılov azadlığa buraxılıb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Pasport Qeydiyyatı Şöbəsinin rəisi, polis polkovniki Zakir Məmmədov tutduğu vəzifədən azad edilib.


Naxçıvan DİN-in Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, Məmmədov hazırda işsizdir və sərəncamdadır.


Muxtar Respublika Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Şöbəsinə isə artıq yeni rəis təyin olunub. Bu, əvvəllər Naxçıvan Şəhər Polis Şöbəsində çalışan polis kapitanı Fazil Ələkbərovdur.


İyulun 1-də Naxçıvanda ümumvətəndaşlıq pasportu almaq üçün rüşvət verməkdən imtina edən Culfa rayon Nəhəcir kənd sakini İntiqam İsmayılova 15 gün həbs cəzası verilib. O, xırda xuliqanlıqda təqsirləndirilib.


İ.İsmayılovun həyat yoldaşı Gülbir İsmayılova «Azadlıq» radiosuna deyib ki, Naxçıvan DİN-in Pasport Qeydiyyatı Şöbəsindən pasportu götürmək üçün onlardan beş manat rüşvət istənilib. Həyat yoldaşı pulu verməkdən imtina edərək Muxtar Respublikanın Ali Məclisinə şikayət edib. Ali Məclisdən məsələyə müdaxilə edilsə də, onlara yenə də pasport verilməyib, üstəlik nazirliyin iki əməkdaşı İntiqam İsmayılovu zorla aparıb. Daha sonra Naxçıvan Şəhər Məhəkəməsinin qərarı ilə o, 15 günlüyə inzibati həbs cəzasına məhkum olunub.


İyulun 4-də İ.İsmayılov azadlığa buraxılıb.


İntiqam İsmayılov Müsavat Partiyasının üzvüdür.


XS
SM
MD
LG