«Neftçi» UEFA İntertoto kubokunun ikinci raundunun birinci oyununda Belçikanın «Jerminal» klubu ilə heç-heçə edib. Hesabı 19-cu dəqiqədə Belçika komandasının oyunçusu Maliki-Sabah açıb. 11 dəqiqə sonra «Neftçi»nin hücumçusu Adamiya tarazlığı bərpa edib.
Cavab oyunu iyulun 12-də Bakıda keçiriləcək. Növbəti mərhələyə çıxmaq üçün «Neftçi»nin minimum hesabla qalib gəlməsi və ya 0:0 hesabı ilə heç-heçə oynaması yetərlidir.
Əgər «Neftçi» üçüncü raunda keçə bilsə, Rumıniya komandası ilə qarşılaşacaq. Turnirin qaydalarına əsasən, İntertoto kuboku uğrunda üçüncü raundun qalibi UEFA kuboku uğrunda mübarizədə iştirak etmək hüququ qazanır.