Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:41

ABŞ Polşanı razı sala bilmədi


K.Rays danışıqlar üçün Praqaya gəlib
K.Rays danışıqlar üçün Praqaya gəlib

ABŞ Polşanı ərazisində raketdən müdafiə sistemi yerləşdirməyə razı sala bilmədi. İyulun 7-də Amerika Dövlət katibi Kondaliza Rays Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ilə Vaşinqtonda görüşüb.


Birləşmiş Ştatlar rəsmiləri deyirlər ki, Polşanı öz ərazisində raketdən müdafiə sistemi yerləşdirməyə razı salmaq çətin məsələdir.


ABŞ istəyir ki, Polşa və Çexiyada raketdən müdafiə sistemi quraşdırsın. Vaşinqton bildirir ki, bu, ona İran kimi nadinc ölkələrin mümkün hücumlarında qorunmaq üçün lazımdır. Rusiya isə bu planın əleyhinədir. Moskva hesab edir ki, NATO Rusiyanın sərhədinə doğru yaxınlaşır.


İyulun 7-i gecə K.Rays danışıqlar üçün Çexiyanın paytaxtı Praqaya gəlib. O, raketdən müdafiə sisteminin qalan hissəsini müzakirə etməlidir. Çexiya parlamenti hələ ki, Amerika ilə razılaşmanı təsdiqləməyib.


XS
SM
MD
LG