Serbiya parlamenti Qərbyönümlülərdən ibarət yeni hökuməti təsdiqləyib. Hökumət üzvlərinin əsas hədəfi Avropa Birliyinə üzv olmaqdır.
Yeni koalisiyalı hökumətin tərkibinə prezident Boris Tadiçin Demokrat Partiyası və Serbiyanın Sosialist Partiyası da daxildir.
Tadiç iqtisadçı Mirko Çvetkoviçi Baş nazir təyin edib.
Səsvermə iyulun 7-i gecə olub. Serbiyanın separatçı bölgəsi Kosovo müstəqil olandan sonra - son beş ayda hökumətdə durğunluq yaşanırdı.