Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:07

«Fənərbaxça» dünyanın ən bahalı klubudur


«Fənərbaxça» ümumi qiymətinə görə, dünyanın ən varlı klubu «Mançester Yunayted»i keçib. Bu haqda Türkiyənin «Sabah» qəzeti məlumat yayıb. Belə ki, İstanbul klubunun səhmlərinin dəyəri 2 milyard dolları keçib. İngilis klubunun aksiyalarının dəyəri isə 1,8 milyard dolardır.


İndiyə qədər «Fənərbaxça» hətta dünyanın ən varlı 25 klubunun siyahısında belə deyildi. Ancaq İstanbul Fond Birjasında klubun səhmlərinin rekord dərəcədə bahalaşması (13,6 faiz) «Fənər»i birinci yerə çıxarıb.


«Qiymətli kağızların rekord şəkildə bahalaşmasına heç bir səbəb olmayıb, buna görə də investorlar «Fənərbaxça»nın səhmləri ilə manipulyasiyanı istisna etmirlər», - deyə qəzet yazır.


Artıq İstanbul Fond Birjasının ekspertləri və Maliyyə bazarına nəzarət Komitəsi «Fənərbaxça»nın səhmlərinin rekord şəkildə bahalaşmasının səbəbləri ilə maraqlanırlar və müvafiq araşdırma aparırlar.


XS
SM
MD
LG