Mətbuat Şurasının (MŞ) sədr müavinləri seçilib. Şuranın İdarə Heyətinin iyulun 11-də keçirilən iclasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli MŞ-nin sədr müavinləri seçiliblər. Bu barədə Trend News məlumat yayıb.
Bu il iyunun 20-də Azərbaycan jurnalistlərinin 5-ci qurultayı keçirilib. Qurultayda Əflatun Amaşov yenidən qurumun sədri seçillib və MŞ-nin yeni İdarə Heyəti formalaşıb.
Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.