Rusiyada sonuncu çar II Nikolayın ölüm tarixi qeyd olunur. Mərasimdə çar nəslinin sağ qalan üzvləri iştirak edəcəklər. Çar ailəsini 90 il qabaq bolşeviklər güllələyiblər.
İyulun 13-dən başlayaraq Yekaterinburqda xor səsləri eşidilir, kilsələrdə dualar oxunur. Mərasimlər həftənin 4-cü günü, çar ailəsinin güllələndiyi gündə və yerdə başa çatacaq.