Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:28

İki hakim cəzalandı


Məhkəmə Hüquq Şurasının (MHŞ) toplantısında hakimlər barədə intizam icraatlarına baxılıb. Bu xəbər «Turan»a MHŞ-dən daxil olub. Xəbərdə deyilir ki, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovaya töhmət verilib. Eyni hallara yol verdiyinə görə isə Şəmkir rayon məhkəməsinin hakimi Əmrah Nəcəfov başqa işə keçirilib.


Qanunvericilyin tələblərini pozduğuna görə, bir hakim barəsində intizam icraatı başlanması haqda qərar qəbul edilib.


XS
SM
MD
LG