ABŞ 30 ildən sonra ilk dəfə İranda nümayəndəliyini aça bilər.
Britaniyanın «Guardian» qəzeti Amerika hökumətindəki mənbələrə istinadla yazıb ki, Vaşinqton gələn ay bu barədə açıqlama verəcək. Bəzi məlumatlara görə, Birləşmiş Ştatların İrandakı «zona maraqları» Tehranda İsveçrə səfirliyinin ərazisində yerləşəcək.
Hazırda Amerikanın Tehrandakı maraqlarını məhz İsveçrə səfirliyi təmsil edir.
İki ölkə arasındakı diplomatik münasibətlərin pozulması 1979-cu ildə İranda Amerika səfirliyinin tutulması ilə nəticələnmişdi. Həmin vaxt səfirliyin 52 işçisi 444 gün ərzində əsirlikdə saxlanmışdı. Əsirlər ancaq 1981-ci ilin yanvarında azad edilmişdilər.