Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:50

Tbilisi üç mərhələli sülh planını qəbul etməyə hazırdır


Ştaynmayer Tkeşelaşvili ilə mətbuat konfransı keçirir
Ştaynmayer Tkeşelaşvili ilə mətbuat konfransı keçirir

Abxaz-gürcü münaqişəsinin həlli üçün rəsmi Tbilisi Almaniyanın planını qəbul etməyə hazırdır. Prezident Mixail Saakaşvili bunu Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerlə danışıqlardan sonra deyib.


Saakaşvili eyni zamanda separatçı Abxaziya rəhbərləri ilə də birbaşa dialoqa hazır olduğunu bildirib.


Ştaynmayer isə öz növbəsində deyib ki, bu cür dialoq sülh planının reallaşması üçün əsasdır.


İyulun 17-də Almaniya münaqişənin nizamlanması üçün üç mərhələli həll təklif edib. Bura güc tətbiq olunmayacağı və gürcü qaçqınların geri qaytarılması üçün müqavilənin imzalanması və xarici yardım hesabına bərpa işlərinin aparılması daxildir.


Abxaziyanın Xarici İşlər naziri Sergey Şamba isə deyib ki, planın bir hissəsi qəbul edilə bilər.


Şamba Kodor dərəsindən gürcü qoşunlarının çıxarılmasından danışıb. Deyib ki, onlar 1990-cı illərdə müharibə zamanı qaçqın düşmüş təxminən 25 min gürcünün geri qayıtmasına icazə verə bilərlər. Amma gərək onlar ölkənin cənubunda məskunlaşsınlar.


İyulun 18-də Frank-Valter Ştaynmayer separatçı regionun mərkəzi Suxumiyə, oradan isə Moskvaya yollanacaq.


XS
SM
MD
LG