Amerikada Usama bin Ladenin cangüdəninin məhkəməsi başlayır. Əhməd Həmdanın vəkilləri əlavə vaxt istəsə də, prosesi bazar ertəsinə təyin ediblər.
Yəmən vətəndaşı olan Həmdan hazırda Quantanamo hərbi bazasında saxlanılır.
Bu, terrorda ittiham olunanlar üzərində ilk məhkəmə olacaq.
7 il əvvəl ABŞ prezidenti Corc Buş Quantanamo həbsxanasının dustaqlarını mühakimə etmək üçün xüsusi hərbi komissiyalar təsis edib.