Prezident seçkisi öncəsi Azərbaycanda siyasətlə məşğul olanların mediaya çıxışında problemlər qeydə alınıb. «Yeni Nəsil» Jurnalistlər Birliyi bu nəticəyə ölkə televiziyaları və qəzetlərinin monitorinqi zamanı gəlib. Qurumun rəhbəri Arif Əliyev:
«Bu, seçki qabağı təbliğat kampaniyası ərəfəsində çox narahatedicidir».
Arif Əliyev deyir ki, monitorinq qruplarına BMT-nin və Avropa Şurasının ekspertləri rəhbərlik edir.
Monitorinq seçki kampaniyası dövründə də davam edəcək. Seçki yaxınlaşdıqca hesabatlar on gündən bir açıqlanacaq.