Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Səfirlik Ermənistanla aparılan gizli danışıqlarla bağlı açıqlama yayıb


Ermənistanla Türkiyənin 1915-ci il hadisələriylə bağlı fikir ayrılıqları var
Ermənistanla Türkiyənin 1915-ci il hadisələriylə bağlı fikir ayrılıqları var
İyulun 19-da Türkiyənin Bakıdakı səfirliyi bu ölkə ilə Ermənistan diplomatları arasında keçirilmiş gizli görüşlərlə bağlı açıqlama yayıb.


İyulun 8-də İsveçrədə türk və erməni diplomatlarının görüşü olub


Səfirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, Türkiyə 1991-ci ildən Ermənistanı dövlət kimi tanıyıb:


«Bu çərçivədə, iki tərəf arasında zaman-zaman təmaslar da olub. Bu sıraya iki ölkənin xarici işlər nazirlikləri əməkdaşları arasında olan təmaslar da daxildir».


Səfirlik düşünür ki, Ermənistan və Türkiyə diplomatlarının belə görüşlərində hər hansı başqa məna axtarmaq lazım deyil. / APA /




XS
SM
MD
LG