Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:39

«Bu sistem daha yuxarılardan himayə edilir»


«OVİR»in qarşısında basa-bas, vur-çatlasın baş alıb gedir
«OVİR»in qarşısında basa-bas, vur-çatlasın baş alıb gedir

Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin qarşısında vətəndaşlar hansı aqibətlə üzləşirlər?
- Səhər saat 5-dən gəl növbə tut, günorta 1-də də deyirlər ki, sənə növbə çatmadı?
İnsanlar niyə qeydiyyatsız yaşamağa məcbur olurlar?


- Bakıda qeydiyyat üçün vətəndaşlardan rüşvət tələb olunur.


Qeydiyyatı və daimi yaşayış yeri olmayanlar siyasi iradə nümayiş etdirə bilirlərmi?


- Kim çörək pulunu atıb, boğazını ac qoyub rayona gedər? Nə var, nə var səs verəcək?


Hicablı qadınlar hansı hüquqlardan məhrumdurlar ?
- Sənədimiz olmadığından seçkilərdə iştirak edə bilmirik. Pensiya yaşım çatıb, ancaq pensiyaya çıxa bilmirəm.


«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunun 4-cü maddəsinə görə, hər bir vətəndaş ümumvətəndaşlıq pasportunu qeydiyyatda olduğu rayonun polis idarəsindən almalıdır. Ancaq bu qanunun həmin maddəsi hələ ki, işləmir. Vətəndaşlar ümumvətəndaşlıq pasportunu yalnız bir yerdən - Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsindən ala bilirlər. Orada isə necə deyərlər, basa-bas, vur-çatlasın baş alıb gedir.


Mütəxəssislər hesab edirlər ki, əgər ümumvətəndaşlıq pasportu hər bir rayonda verilsə, onda rüşvət və başqa qanundankənar üsulların qarşısı ciddi şəkildə alınmış olar. Onların fikirlərinə görə, görünür, ümumvətəndaşlıq pasportunun yalnız bir yerdə verilməsi sistemi təkcə aşağı səviyyəli məmurların və bəzi xırda işbazların maraqlarına tabe edilməyib. Bu sistem daha yuxarılardan himayə edilir.


Qeyri-rəsmi məlumatlara görə, Bakı şəhərində ümumilikdə 1 milyondan çox insan isə qeydiyyatsız yaşayır. Məlumatlara görə, onların bir çoxu ölkənin əyalətlərindən paytaxta günəmuzd işləməyə gələn və ya müxtəlif sosial problemlər üzündən birdəfəlik rayonları tərk edən insanlardır. İşsizlik və başqa sosial problemlərdən cana doyub Bakıya gələn bu insanlara qeydiyyatlarının olmaması bir sıra problemlər yaradır.


Ekspert rəylərinə görə, qeydiyyatsızlıq və daimi yaşayış yerlərinin olmamasının siyasi proseslərə, bir qədər də dəqiq desək seçkilərin nəticələrinə böyük təsiri olur. Mövcud qanunvericiliyə görə, hər bir vətəndaş qeydiyyatda olduğu rayonun seçki məntəqələrində səs verməlidirlər. Yerli və xarici müşahidəçilərin rəylərinə görə isə qeydiyyatı olmayan və ya daimi yaşayış yerini dəyişib seçkilərə qatılmayan insanların səslərini isə bir qayda olaraq oğurlamağa cəhdlər edilir.


Seçkilərdən tək qeydiyyatsız vətəndaşlar yox, bir sıra inanclı qadınlar da kənarda qalır. Məsələ burasındadır ki, bir sıra inanclı qadınlara hicabla şəxsiyyət vəsiqələrinə şəkil çəkdirməyə icazə verilmədiyindən onlar sənədsiz qalıblar. Bu səbəbdən də onlar seçkilərdə iştirak edə bilmirlər. Ancaq hicablı qadınların problemi təkcə seçkilərdən kənarda qalmaq deyil.


Azərbaycanda insanlar uşaqlarına istədikləri adları qoya bilirlərmi?


Qanunvericilik aktlarında bununla bağlı problemlər olmasa da, reallıqda çoxsaylı şikayətlər var. Üstəlik, soyadların dəyişdirilməsində həm süründürməçilik, həm də bütünlükdə rüşvət hallarından şikayətlər edilir. Bu sahədə real vəziyyət necədir?


«Müxbir saatı»nda həftənin araşdırması üçün reportajları Aygün Muradxanlı, Şəhla Sultanova, Sevinc Hüseynzadə, Babək Bəkir və Ülkər Akifqızı hazırlayıblar.


XS
SM
MD
LG