Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:28

Bosniya müsəlmanları Karaciçin həbsini bayram edir


Radovan Karaciç saxta ad altında tibb klinikasında çalışıb, 22Jul2008
Radovan Karaciç saxta ad altında tibb klinikasında çalışıb, 22Jul2008

Bosniya serblərinin müharibə dövrü prezidenti Radovan Karaciçi Serbiyada həbs ediblər. BMT, Avropa Birliyi Bosniya serblərinin keçmiş lideri Radovan Karaciçin həbsini alqışlayır. Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso, Avropa Birliyinin xarici əlaqələr idarəsinin başçısı Xavyer Solana deyib ki, Karaciçin həbsi yeni serb hökumətinin beynəlxalq məhkəməylə əməkdaşlıq eləmək istədiyini göstərir.


Xavyer Solana serb liderlərini Karaciçin müttəfiqi - Radko Mladiçin də həbs etməyə çağırıb. Mladiç serb ordusunun komandanı olub.


Bosniya müsəlmanları hər yerdə Karaciçin həbsini bayram edirlər. Sarayeva və başqa şəhərlərdə camaat küçələrə çıxıb, mahnı oxuyur.


Ağ Ev Karaciçin həbsinin Belqradın Haaqa tribunalı ilə əməkdaşlığı baxımından vacib hal olduğunu deyib.


O, 1990-cı illərin əvvəllərində Bosniya və Herseqovinada hərbi cinayətlər törətməkdə təqsirli bilinərək 13 ildir beynəlxalq axtarışda idi.


XS
SM
MD
LG