Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:02

İnqilabdan sonra ən sərt hesabat...


Tbilisidə müxalifətin yürüşü, 9 aprel 2009
Tbilisidə müxalifətin yürüşü, 9 aprel 2009
Aprelin 8-də ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını yayıb.

Hesabat müəllifləri Gürcüstanda yeni Cinayət Məcəlləsinin qəbulunu, Tbilisi merinin birbaşa seçki yoluyla seçilməsini və beynəlxalq standartlara uyğun həbsxanaların tikintisini diqqətdən kənarda qoymayıblar. Ancaq həbsxanalardakı vəziyyət, məhkəmələrin müstəqil olmaması, hökumətin yuxarı eşelonlarında korrupsiya əsas problemli məsələlər kimi təqdim olunur.

Hesabatda deyilir ki, müxalifət və müstəqil KİV-ə yardım edən biznesmenlərə qarşı təzyiqlər barədə məlumatlar var. Həmçinin, KİV azadlığının məhdudlaşdırılması qeydə alınıb, Tbilisidə qaçqınların köçürülməsi zamanı hüquq pozuntularına yol verilib.

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass AzadlıqRadiosuna müsahibəsində bildirib ki, bu hesabatlar ABŞ-a ölkələr barədə tam məlumatlı olmağa, müxtəlif proqramlar həyata keçirməyə kömək edir. HESABAT ÖLKƏLƏRİN ÖZLƏRİ ÜÇÜN DƏ FAYDALIDIR:

«Bizim hökumət üçün insan haqlarının vəziyyətinə dair faktlara dayanan qiymətləndirmə vacibdir. Dünyanın bütün ölkələrində məqsədimiz analitik nəticələr əldə etmək üçün maksimum obyektiv məlumatdır. Belə məlumat diplomatiyamıza, müxtəlif ölkələrə yardım proqramlarına kömək edir, insan haqları kobud surətdə pozulan ölkələrdəki vəziyyəti izah edir. Gürcüstan İran kimi əsas insan hüquqları pozulan ölkələrə daxil deyil. Hesab etmirəm ki, Gürcüstanın insan haqlarının vəziyyətinə bu hesabatın dramatik bir təsiri olacaq... Biz əmin olmalıyıq ki, Gürcüstan demokratik cəmiyyət kimi bütün əlamətlərə, milli xarakterə sahibdir».

Hesabat yayılan kimi bir qrup müxalifət partiyası Baş nazirdən ona parlamentdə baxılmasını tələb edib.
Xristian-Demokratlar fraksiyasının sədri Giorgi Axvlediani
Xristian-Demokratlar fraksiyasının sədri Giorgi Axvlediani 2 nazirin – Koba Subeliani və Xatun Kalmaxelidzenin istefasını tələb edib:

«Məhbuslar arasında ölüm səviyyəsi xeyli artıb, çox zaman qeyri-insani rəftarla rastlaşırıq. Bir çox dustaqlar üçün səhiyyə əlçatmazdır... Qaçqınların işi və məskunlaşdırılması üzrə nazirliyə münasibətdə də problemlər var. Hesabatda deyilir ki, qaçqınların köçürülməsi qanun pozuntuları ilə müşayiət olunub, qeyri-insani hərəkətlərə yol verilib. BU FAKTLAR KİFAYƏTDİR Kİ, PREZİDENT VƏ BAŞ NAZİR HƏR İKİ NAZİRİ İŞDƏN AZAD ETSİN».

Hesabata münasibət bildirən parlamentin sədri David Bakradze parlament komissiyasının hesabatda qeyd olunanları öyrənəcəyini bildirib. Mübahisəli, problemli sahələrin təmsilçiləri komissiyaya dəvət olunacaq və dinləmələrdən sonra məsələlər plenar iclasa çıxarılacaq.

Parlamentin insan haqları komitəsinin sədri Laşa Todriya isə deyir ki, hökumət Dövlət Departamentinin hesabatını hər zaman diqqətlə öyrənir və çox zaman qeyd olunan faktları rəhbər tutur:

«Bizim üçün mühüm mənbələrdən biri Dövlət Departamentinin hesabatıdır, müttəfiq dövlətin qeydlərdir. Biz bu qeydləri nəzərə alırıq, ancaq müxtəlif vəziyyətlərə fərqli baxışlar mövcuddur. Məsələn, korrupsiya ilə bağlı yazılanları götürək. Biz bununla razı deyilik. Gürcüstanda korrupsiya ilə bağlı problem yoxdur... Hər hansı məsələ təcili müdaxilə tələb edirsə, biz bunu edirik. Qalan məsələlər detallı şəkildə nəzərdən keçirilir».

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass
L. Todriya düşünür ki, hesabatda sadalanan tənqidi faktlar Gürcüstan-Amerika münasibətlərinə mənfi təsir etməyəcək.

Amerikanın Gürcüstanda demokratiyanı möhkəmlətmək səylərinin öz bəhrəsini verəcəyinə ABŞ-ın Gürcüstandakı səfiri C. Bass da ümid edir:

«Biz inanırıq ki, GÜRCÜSTANDA 2012-Cİ İL PARLAMENT SEÇKİLƏRİ VƏ 2013-CÜ İL PREZİDENT SEÇKİLƏRİNDƏ YÜKSƏK RƏQABƏT MÜHİTİNƏ EHTİYAC VAR. Bizim yardımın əksəriyyəti, o cümlədən bu il ayrılan 60 milyon dollar seçki islahatlarının, KİV və vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəlib».

«Transparency International» təşkilatının Gürcüstan ofisinin icraçı direktoru Eka Qiqaurinin fikrincə, hesabat ötən illərlə müqayisədə daha kəskin və tənqididir:

«Bu, inqilabdan sonra ən sərt hesabatdır. Mən əvvəlki hesabatları da oxumuşam və hesab edirəm bu, daha sərtdir. Ötən illərin hesabatlarına da toxunulur... Mən deyərdim ki, hesabat hazırda Gürcüstanda baş verənlərin detallı təhlilidir».

Ekspertlərin bir qismi hesab edir ki, bu hesabatdan sonra Gürcüstanda xeyli sayda layihələr reallaşdıran ABŞ hökuməti öz prioritetlərini yenidən nəzərdən keçirə bilər.
XS
SM
MD
LG