Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:22

Zaur Qərib. Kim deyir, kim?! (Cizgilər...)















Kim deyir ki, insan ölür,

Qəbrə tək gedir,

Kim deyir, kim?!

Yalandır. Yalan!

Bu boyda da yalana inanmaq olarmı?..

Mən öləndə sevgim, hissim də,

Enəcək mənimlə son mənzilimə...

Yaşayacaq orada mənimlə əbədi...

- Son mənzil ölümdür!

Bunu kim deyir?

Bu da yalandır, yalan...

Son mənzil –

Sonsuzluq, əbədiyaşarlıqdır...

Bu dünyada hər şeyin

Sonu olduğu kimi

Sevgilərin də,

Başlaması, bitməsi var.

Bu gün doğulanın,

Sabah da ölməsi var!

Fəqət, bacar, sevgini qoru,

Özünlə apar son mənzilinə.

Qapından sala bildinsə,

Yaşayacaq səninlə...

Bax, mən də aparıram sevgimi,

Hər dəfə sevgimizə and içirsən,

Öləndən sonra qəbrimə and içmə.

Yenə də sevgimizə and iç!

Son mənzilimdə yaşayan,

Sonsuz sevgimizə...


19 Aprel 2011,
Bakı şəhəri.
XS
SM
MD
LG