Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:01

İranda azərbaycanlı məhbusların nisbi çəkisi böyükdür


ABŞ-da fəaliyyət göstərən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı AzadliqRadiosunun Bakı bürosunda, 7 avqust 2009
ABŞ-da fəaliyyət göstərən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı AzadliqRadiosunun Bakı bürosunda, 7 avqust 2009
İranın Xuzistan əyalətinin əhalisi əsasən etnik ərəblərdən ibarətdir. Ötən həftə bu bölgədə kütləvi etiraz askiyasında təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib. İnsan haqları fəalları ən azı 12 nəfərin həlak olduğunu, 150-dən çox adamın həbs edildiyini bildirirlər.

Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi hadisə ilə bağlı BMT-nin İnsan Haqları Komissiyasının rəhbəri Navi Pillaya göndərdiyi məktubda qeyd edir ki, İran əhalisinin üç faizini təşkil edən ərəblər Xuzistan əyalətində olduqca kasıb, ağır şəraitdə yaşayırlar. İndi də 30 il məruz qaldıqları ədalətsizliyə etiraz edirlər.

İranda on milyonlarla azərbaycanlı da yaşayır. Onların vəziyyəti haqda ətraflı məlumat almaq üçün ABŞ-da fəaliyyət göstərən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı ilə söhbət etmişıik. Həmin söhbəti təqdim edirik:

zindanda OLAN AZƏRBAYCANLILARIN SAYI BAŞQALARINDAN DAHA ÇOXDUR?


- Əhməd bəy, İranda yaşayan azərbaycanlıların sonuncu prezident seçkisində və ondan sonra baş verən etiraz askiyalarında fəallıqları olmadı. İndi də məsələn, milli azlıqlar olan ərəblərin öz hüquqları uğrunda mübarizəyə başlamaları haqqında xəbərlər var. Amma azərbaycanlıların bu ölkədə insan haqları pozuntularına ciddi etirazları ya yoxdur, ya da belə hadisələrdən məlumat almaq mümkün deyil deyə bizim xəbərimiz olmur. Bu mövzuda Sizdə nə məlumatlar var?

- Xüsusilə 2006-cı ildən bu yana İranada bütün xalqlara baxanda ən çox etiraz edən azərbaycanlılardır. Həm də durmadan. Sadəcə olaraq, Əhmədienajdın seçilməsindən sonrakı hadisələrə azərbaycanlılar qatılmadırlar. Amma öz amalları yolunda mübarizələrini də davam etdirirlər.

Məsələn, aprelin 2-də azərbaycanlılar Urmiya gölünün qurudulmasına etiraz olaraq askiyalar keçirdilər. Təbrizdə və Urmiyada buna görə 90-dan çox adam tutuldu. Onların bəziləri hələ də həbsdədirlər.

Azərbaycanlılar demək olar, hər fürsətdən istifadə edərək etirazlar səsləndirilir. O cümlədən də Təbrizin futbol komandası olan “Traktor Sazi” hər həftə, ya iki həftədə bir oynayanda millət etirazını səsləndirir.

Yaxud da zindanda olanların ailələrin onlarla görüşləri zamanı bu askiyalar meydana gəlir. Bugünlərdə Əlirza Fərşinin xanımı Sima Didar Səid Mətinpurun xanımının görüşünə getdiyi üçün tutulub.

Ümumilikdə adambaşına götürəndə, zindanda olan azərbaycanlıların sayı o biri millətlərin həbsdə olanlarının sayından daha çoxdur. Bu da etirazların olduğunu göstərir. Bir hadisə olmasa, yəqin tutulanlar da olmazdı.

Aksiyalar olur, amma bu barədə xəbərlər verilmir, boykot edilir. Məsələn, aprelin 2-də 100-ə yaxın adam tutulub. Fars mediası çox nadir hallarda bu haqda xəbər verir.

Xüsusilə, azərbaycanlıların dərdi ayrı olduğu üçün bizə qısqanc yanaşırlar. Biz milli məsələlərdən danışırıq, demokratiyanı təkcə hakimiyyət dəyişikliyi kimi deyil, həm də öz haqlarımızın əldə edilməsi kimi başa düşürük. Ona görə fars mediası bizim askiyalarımızı İrana qarşı bir təhlükə hesab edərək bu barədə məlumatları boykot edirlər.


NIYƏ MƏHNAZ OLAR, AMMA AYNAZ YOX?


- İranda insan haqlarının vəziyyəti haqqında dünyada bəlli təsvvürlər var: kobud insan haqları pozuntuları, işgəncələr, qeyi-insani davranış və s. Azərbaycanlılar da bu ölkədə yaşadıqları üçün yəqin həmin pozuntuların qurbanları olurlar. Amma məsələn, Xuzistan əyalətində ərəblər bildirirlər ki, onlar yalnız ərəb olduqları üçün ayrıseçkiliklə üzləşirlər. Bu mənada, azərbaycanlılar özlərinə xüsusi bir münasibət hiss edirlərmi?

- Əlbəttə, xüsusilə fars olmayanlara qarşı xüsusi bir ayrıseçkilik var. Bizim dilimiz qadağandır. Öz dilimizdə təhsil ala bilmirik. İran Konstitusiyasının 15-ci maddəsində azərbaycanlılar, ya da başqa xalqalrın öz dillərində təhsil almalarını nəzərdə tutulur. Ancaq Konstitusiyanın bu maddəsinin icrasını tələb etməyin özü İranda cinayət hesab edilir. Buna görə nə qədər azərbaycanlı zindanlarda qalıb, universitetlərdən qovulub.

Və yaxud, İranda 30 milıyona yaxın azərbaycanlı yaşayır. Onların hazırda ən çoxu 14 milyon nəfəri Azərbaycan torpaqlrında (vilayətlərinidə) yaşaya bilir. 16 milyonu – ya da yarıdan çoxu iqtisadi səbəblərdən İranın o biri şəhərlərinə köç etməyə məcbur olublar. Çünki bütün iş yerlərini yalnız farsların yaşadıqları ərazilərdə yaradırlar. Bununla da azərbaycanlıların və o biri millətlərin farsların yaşadıqları ərazilərə köçünə şərait yaratmaqla onların özləri də olmasa uşaqlarının farslaşmasına nail olmağa çalışırlar. Yəni, təsvvür edin ki, Bakıdan kimsə köçüb Moskvada yaşayır. Onun özü olmasa da uşaqları daha çox ruslaşacaq.

Yerlərimizin, çaylarımızın, dağlarımızın adlarını farslaşdırırlar. Ya da tərcümə ilə təhrif edirlər. Məsələn, Savalan dağına onlar “Səbalan”, Sarıqayaya “Sarıqıya” deyirlər.

Uşaqlarımıza istədiyimiz adları qoymağa imkan vermirlər. Adlar kitabı çap ediblər. Uşaqlara yalnız həmin kitabda olan adları qoymaq olar.

Təbrizdən bir nəfər mənə zəng edib deyirdi: “Qızımın adını Aynaz qoyurdum, icazə vermirdilər. Onda soruşdum ki, bəs, Məhnaz necə, olarmı, dedilər hə. Onda mən də dedim axı elə “Məh” Ay deməkdir, “naz” da ki nazdır. Onda niyə Məhnaz olar, amma Aynaz yox? Yəni, türk adları olmaz, amma Koroş, Daryuş kimi fars adları olar.


İRANDA YALNIZ ERMƏNİLƏRƏ ARAQ İÇMƏYƏ İCAZƏ VERİLİB


- Əhməd bəy, Siz dediyiniz məhdudiyyətlər İranda başqa millətlərə, məsələn, ermənilərə də aid edilirmi?


- Dini azlıqlar kimi ermənilər və assurların vəziyyətləri başqadır. Bütün erməni uşaqları erməni mətkbələrində erməni dilində təhsil alırlar. Onların hətta özlərinin erməni olaraq Məclisdə nümayəndələri də var. Azərbaycanlıların da nümayəndələri var. Amma onlar ərazi təmsilçiləridir. Erməni nümayəndələr isə isə məhz erməni təmsilçiləridir. Əslində onların sayları Məclisə deputat seçmək qədər çox deyil. Buna baxmayaraq, hökumət erməniləri təmsil etmək üçün ayrıca yer verir.

Ermənilər hətta bütün İran ərazisində spirtli içkilər içməkdə, onu istehsal etməkdə azaddırlar. Bu balaca məsələ kimi görünə bilər, amma nəzərə alsaq ki, Iran bir islam dövlətidir, burada spirtli içkilər qadağandır, ermənilərə isə bu sahədə də azadlıq verilib.

Ermənilər hər il aprelin 24-də adına “soyqırım” dedikləri hadisələrin ildönümünü hökumətin də dəstəyi ilə geniş qeyd edirlər. Amma bizə Xocalı qırğınını anmağa imkan vermirlər.

Söhbəti burada dinləyin:

XS
SM
MD
LG