Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:41

Jurnalistlər aclıq aksiyası keçirir


Aksiya «Diqqət! Həbsin 5-ci ili başladı!», «Eynulla Fətullayevə azadlıq!» şüarları ilə keçirilir
Aksiya «Diqqət! Həbsin 5-ci ili başladı!», «Eynulla Fətullayevə azadlıq!» şüarları ilə keçirilir
Jurnalist Eynulla Fətullayevin həbsinin 4-cü ilinin tamam olması ilə əlaqədar bir qrup jurnalist aclıq aksiyasına başlayıb.

Aclıq aksiyasında iştirak edənlərdən jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosuna bildirib ki, aksiyaya 20 jurnalist qoşulub. 1 günlük aksiyanı jurnalistlərin hər biri öz redaksiyasında keçirir:

«Arzuolunmaz yubileyi hamı iş yerində qeyd edir. Ayaqüstü aclıqdır, hamı iş görə-görə aclıq edir. Xeyri olmasa da, etirazımızı bildiririk. Bu, bizim borcumuzdur, biz borcumuzu yerinə yetiririk, tələb edirik, məsələni gündəmdə saxlayırıq. Bu, avtoritar rejimlərdə dinc mübarizə üsuludur».

Aksiya «Diqqət! Həbsin 5-ci ili başladı!», «Eynulla Fətullayevə azadlıq!» şüarları ilə keçirilir.

Aclıq aksiyasının təşəbbüskarı E. Fətullayev olsa da, həmkarlarının xahişi ilə o, aksiyaya qoşulmayıb.

Bu barədə onun vəkili Anar Qasımov məlumat verib.

Aprelin 20-də E. Fətullayevin həbsinin 4, aprelin 22-də isə Avropa İnsan Hüquqları Məhkəməsinin ona bəraət verməsinin 1 ili tamam olur.

E. Fətullayevə azadlıq tələblərini ifadə etmək üçün «Facebook» sosial şəbəkəsində səhifə də yaradılıb.
XS
SM
MD
LG