Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:38

Kiyevlə Moskva qazın qiymətini müzakirə edirlər


Kiyevlə Moskva qazın qiymətinin aşağı salınmasıyla bağlı danışıqlara başlayıblar.

Bunu Ukraynanın baş naziri Nikolay Azarov Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Thomas Mirrovla görüşdə bildirib.

Ukrayna hesab edir ki, Rusiyadan alınan qazın qiyməti bazar qiymətinə uyğun deyil və qiymət azı 2 dəfə aşağı salınmalıdır.

Rusiyanın baş naziri Vladimir Putin bu günlərdə Ukraynaya satılan qazın qiymətinə baxılmayacağını bildirmişdi.
XS
SM
MD
LG