əvvəli
Getməzəm ol yanaya, and içdim.
Mən sənin bir kəminə çakərinəm,
Eşigində qulami-kəmtərinəm.
Çoxdurur Badənin fəsadü şəri,
Səndədir fəqrü məskənət əsəri.
Buzə çün Bəngə oldu xidmətkar,
Bəng feyzilə vaqifi-əsrar,
Ol gecə Bəngü sairi-əshab
Qıldılar rahətü sürur ilə xab.
Sübhdəm kim, sipehri-camxüram
Saçdı Bəng üstünə meyi-gülfam,
Dürdsa təhnişin olub əxtər,
Saf meykimi çıxdı şö'leyi-tər.
Bəng fikrət dənizinə daldi,
Ortaya tərhi-məşverət saldı
Ki: "Nədir çareyi-şərarəti-Mey,
Necə təskin tapar hərarəti-Mey?"
DƏR NƏSİHƏT NUMUDƏNI-ƏFYÜN1
Dedi Əfyun ki: - Olmağıl qəmnak,
Mənəm ol zəhr dəfinə tiryak.
Qılayın gecələr yuxunu haram,
Yeməyəm nəsnə, tutmayam aram,
Edəyim zaye etdigi əməgin,
Ağrıdıb həmnişinlərin yürəgin.
BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN2
Bərşə çün düşdü söz, dedi: - Ey Bəng!
Onun ilə nə hasil eylər cəng?
Nə rəva cəng öylə sərkeş ilə,
Ələfı-xüşk netsin atəş ilə?
____________
1Əfyunun nəsihət etməsi
2 Bərşin də ona tabe olması.
Necə kim, mülkə ol verir rövnəq,
Kimsə meyl eyləməz sənə mütləq.
Sınmadan bu nizai tərk edəlim,
Bütün ikən bu mülkdən gedəlim.
PƏNDİ-MƏ'CUN BƏ GUŞİ-ƏSRARƏŞ1
Dedi Mə'cun ona ki: - Ey Əsrar.
Nə həzimət, nə cəng eylə şüar.
Layiq oldur onunla sülh edəsən,
Gər tələb qılsa, yanına gedəsən.
Eylə dəf inə məkr ilən tədbir,
Safdildir, yeri, mizacinə gir.
Qafil etmə özün müdaradan,
Hiylə yeyrək degilmi qövğadan?
BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ2
Qılmadı Bəng hiç qövlü pəsənd,
Gəlmədi hiç söz ona xürsənd,
Dedi: - Mən həm rəsul göndərərəm,
Sözlərinə cəvab döndərərəm.
Qılsa taət, riayətim görsün,
Qılmaz olsa, siyasətim görsün.
ZİKRİ-MƏ'CUNÜ DƏR RİSALƏTİ-U3
Ey Müfərrih, sənədir indi ümid,
Olasan fəth qapusinə kilid.
Səndədir hüni-xülqü lütfi-əda,
Çox görübsən məcalisi-hükəma.
____________
1 Mə'cunun Bəngə (Əsrara) nəsihəti.
2 Bəngin öz tədbirini söyləməsi
3 Mə'cunun elçiliyiə göndərilməsi
Səndə irfan cəvahiri çoxdur,
Səndəki rütbə kimsədə yoxdur.
Qərəzim olmağa sən eylə şitab,
Sən mənə qövmsən, nə bu əhsab.
Var, məndən Meyə nəsihət qıl!
Gər qəbul etməsə, fəzihət qıl!
DƏR SİFATİ-MEYÜ
ŞƏRARƏTİ-U1
Söylə: Ey bihəyayi-bihudəgərd,
Müfsidi hər səlah olan namərd!
Həmdəmin hər kim olsa leylü nəhar,
Gah divanədir, gəhi bimar.
Bu cahanda budur sənə tə'sir,
Ol cahanda dəxi zəqumü səir.
Sənsən ol rəhnümayi-əhli-əzab
Ki, ayağın yetən yer oldu xərab.
Məkrilən alın et evini yıxar,
Bu fəsadın saqınma, başə çıxar.
Ey bəsa əhli-təxtü sahibi-tac
Ki, qılıbsan bir ətməyə möhtac.
Ey bəsa huşiməndi-fərzanə
Ki, qılıbsan səfihü divanə.
Baisi-fitnəvü şərarətsən,
Nəcisül-eynü bitəharətsən.
"İnnəməl-xəmrü" ayesini oxu
Ki, sənindir kinayətində çoxu.
Qanda gəbr olsa, həmnişinindir,
Bu səbəbdən ki, dini dinindir.
Ulular səndən etməyə ikrah,
Olur, əlbəttə, asiyi-dərgah.
Kiçilər səndən etməsə pərhiz
Çıxar, əlbəttə...
___________________
1 Meyin sifətləri və onun (törətdiyi) şər haqqında
Çün xəmirən zinaya rağibdir,
Axta qılmaq səni münasibdir.
Sənsən olmuş müqəyyəd öz-özünə,
Cüzvi işdən çıxarsan el üzünə.
Kimə oldunsa məhrəmü yoldaş,
Gizli sirrini qıldın ellərə faş.
Əsərin düşsə hər yerə çoxü az,
Qılmaz əhli-şəriət onda namaz.
Çakərin oldu çəng, zar oldu,
Damənin tutdu dürd, xar oldu.
Tutdu bir ev himayətində hübab,
Eylədin al ilə evini xərab.
Şeyx Sən'ana bir dəm oldun yar,
Tərki-din etdi, bağladı zünnar.
Həmzə tədbirin ilə qıldı əməl,
Naqeyi-Salehə yetirdi xələl.
Səndə yoxdur təriqeyi-cədü əb,
Sən ədəbsizsən, onlar əhli-ədəb.
Səndə yoxdur təbiəti-fərzənd,
Son münafiqsən, ol səadətmənd.
Sirkə səndən dönəndə tapdı qəbul,
Məclisi-ehli-şər'ə rahi-vüsul.
Bisəbəb hərzə-hərzə qılma qəzəb,
Şişəni çalma daşa, saxla ədəb.
Bəs ki, əhli-xətasənü mürtəd,
Qanda üz qoydun isə oldun rədd.
Bəsi evlər xərabdır səndən,
Çox bağırlar kəbabdır səndən,
Açaram sirrini, tər olmaz isən,
Dürd nisbət mükəddər olmaz isən.
SİFƏTİ-MEY Kİ,
HƏST NAMƏŞRU1
Misr mülkündə var idi bir pir,
Hərgiz ixlası tapmamış təğyir,
Alimü arifü əfifüz-zeyl,
Qılmamış xübs ilə xəyanətə meyl.
Axiri-ömr olanda rikkəti-şeyb,
Saldı tərkibinə mərəzdən eyb.
Oldu tədbirə illəti möhtac,
Dedilər Badədir bu dərdə əlac.
Eylədi meyli-mey zərurət ilə,
İçdi bir cür'ə mey küdurət ilə.
Zövqi-mey saldı çün dimağına şur,
Arizu qıldı mütribü tənbur.
Müğbəçə mütribi çəkib avaz,
Eylədi qarşısında cilvəvü naz.
Pir şövq ilə mayil oldu ona,
Qüvvəti-nəfs hasil oldu ona,
Dedi; - Ey sərvqədd, siməndam!
Nola versən məni-şikəstəyə kam?
Məni vəsl ilə şadiman etsən,
Pir ikən yenlədən cəvan etsən.
Dedi: - Məndən murad hasildir,
Leyk din ixtilafi müşkildir.
Dinin ər dinimə münasib olur,
Sənə məndən murad hasil olur.
Pir ta razı ola xatiri-yar,
Tərkidin etdi, bağladı zünnar.
Oldu zaye cəmti-taatı,
Gör ona netdi mey mülaqatı!
Ey Meyi-ziştxu, budur əməlin,
Dinü dünyaya çoxdurur xələlin.
_____________
1 Haram olan Meyin sifəti
FƏTİ-BƏNG DƏR XƏYALATƏŞ1
Mənəm ol tiztəb', pakzəmir
Ki, lətif etdi tiynətim təqdir.
Məndədir şəfdi-qübbeyi-xəzra,
Əxtərim şahdanədən peyda.
Şeyxlər eylər ehtiram mənə,
Başları üzrədir məqara mənə.
Cövhərim qədr ilən mükərrəmdir.
Külli-tərkibə cüz'i-ə'zəmdir.
Fələki-əncümün mühəndisiyəm,
Cümlə elm əblinin müdərrisiyəm.
Nola gəlsə mənə siğarü kübar,
Almağa dərsi-məxzənül-əsrar.
Səbzeyi-busitani-idrakam,
Zövqbəxşi-zəmiri-qəmnakam.
Xızr vaqif olub həqiqətimə,
Girdi ol rütbə ilə kisvətimə.
Mənə eldən dəgər təpançəvü zur,
Elə məndən yetər nişatü sürur.
Künci-hər mədrəsə məqamımdır,
Firqeyi-əhli-elm ramımdır.
Şövkət əhlinə olmazam həmdəm,
Çəkməzəm şiddəti-məşəqqətü qəm.
Dövlətin çün məşəqqəti çoxdur.
Dövlətim var ki, dövlətim yoxdur.
Qanda bir müflisü qələndər var,
Mənəm ol müflisü qələndərə yar.
Məndə yox Mey kimi məhəbbəti-şur,
Dadlı sevməkdə olmuşam məşhur.
Meydən imanda gəlmişəm əfzun,
"İnnəməl-mö'minunə həlviyyun"2
Füqəra firqəsinə mən başəm,
Müttəsil əhli-fəqrə yoldaşəm.
_______________
1 Bəngin öz təsəvvürünə görə sifəti
2 Möminlərin hamısı şirinlik şey sevəndir
Səndən olğac əsiri-dərd mizac,
Sihhət üçün mənə olur möhtac.
Qanda olsam müqərrəbü məhrəm,
Onda olmaz nişani-qüssəvü qəra.
Mənəm ayinədari-feyzi-əzəl,
Surətim jəngü siyrətim seyğəl.
Versəm ayineyi-zəmirə cila,
Görünür onda cümleyi-əşya.
Səbzxət dübərəm, hicabım yox,
Mənə aşiq yügüş, müqəyyəd çox.
Munca fasiqlər içrə bibakəm,
Tə'n edər xəlq, leyk mən pakəm.
Mənə ariflərin iradəti var,
Arif oldur ki, saxlaya əsrar.
Ey bəsa binəvayi-müflisi-dun
Ki, xəyal ilə eylərəm Qanın.
Degiləm Badə kim, görüb atəş,
Əksilə nəsnə məndənü çıxa qəş.
Çəkmişəm şiddəti-hərarəti-nar,
Çıxmışam xalisü tamam əyar.
Aləmi bir xəyaldır dedilər,
E'timadı məhaldır dedilər,
Qütbi-aləm bu gün mənəm məşhur
Ki, qılır min xəyal məndə zühur.
Dərki-zatım saqınma asandır,
Sirri-karimdə əql heyrandır.
Bilməzəm qanda görmüşəm məktub,
Öz sifatımda bir hekayəti-xub:
DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ1
Bəsrədə bir müridi-rövşəndil
Bəngə olmuşdu ruzü şəb mayil.
Onu salmışdı nəş'eyi-Əsrar
Hər zaman bir xəyala leylü nəhar.
_____________
1 Müridin sifətləri və əhvalı haqqında
Bildi pir ol müridin əf' alın,
Zövqi-Bəng ilə xoş keçən halın,
Qıldı məmnu' sohbətindən onu,
Etdi məhrum həzrətindən onu.
Bir gün ol namuradi-xəstəcigər
Saldı əcz ilə pir saru güzər.
Dedi: - Ey hər kəmala rahbərim,
Ustadım, müəllimi-hünərim!
Nə səbəbdən günahkar olubam,
Nə günah eylədim ki, xar olubam?
Pİri-saleh müridə verdi cəvab
Ki: - Mənə bu işində qılma itab.
Derlər Əsrar ilə olubsan yar,
Zövqi-Bəng ilə vaqifi-Əsrar.
Saluban qəsri-asimana kəmənd,
Çox qılırsan təxəyyülati-bülənd.
Göydədir müttəsil sənin seyrin,
Sənə dərki qaçan yetər qeyrin?
Kamilüs-seyr olduğun bildim,
Tərki-dərsü təəllümün qıldım.
Bu dəlil ilə Bəng kamil imiş,
Xəlqə ondan murad hasil imiş.
ŞODƏNİ-MEY BƏCƏNG AMADƏ1
Eyləgəc Bəng sözlərini təmam,
Qıldı Mə'cun risalətə iqdam.
Leyk ta görməyə cəfayi-qədəh,
Oxudu min kərə duayi-qədəh.
Badeyi-ruhbəxşü canpərvər,
Qalmış idi mükəddərü müztər,
İntizar içrə kim, qaçan Buzə
Dönə bir dəxi ol cigərsuzə;
Qıla Bəngin hekayətin təqrir,
___________
1Meyin döyüşə hazır olması
Görələr bir ona göra tədbir.
Dedilər: - Bəngə döndü Buzeyi-dun,
Leyk gəldi risalətə Mə'cun.
Şükr qıldı ki: - Nikbətim getdi,
Dövlətimdir ki, onu dur etdi.
Meyə Mə'cun verib xəbər varın,
Sərbəsər zahir etdi əsrarın.
Badənin hiddəti füzun oldu,
Qəhrdən rəngi laləgun oldu.
Yığdı yanına Badə əshabın,
Cəm' qıldı məsaf əsbabın.
Dedi Mə'cunə: - İxtiyarın var,
Xah get, xah bunda eylə qərar.
Bildi Mə'cun ki, Bəng olur məğlub,
Özünü qıldı Badəyə mənsub.
Bəngdən keçdi, Badəxar oldu,
Sahibi-izzü e'tibar oldu.
BƏNG HƏM DƏR MÜQABİL
İSTADƏ1
Bəng bəm oldu haldan agah,
Yığdı məqdur olduğunca sipah;
Hər biri bir tərəfdə çəkdi səfi,
Oldu rənginbüsat hər tərəfi.
ƏZMİ-MEYDAN
NÜMUDƏNİ-ƏSRAR2
Əvvəl Əsrar girdi meydana,
Səhni-meydanda gəldi cövlana,
Başını açdıvü götürdü kötək,
____________
1 Bəngin da qarşı durması
2 Bəngin meydana girməsi
Girdi meydana pəhlivanlartək,
Urdu qayətdə pəhlivanlığa laf,
İstədi pəhlivan kim, edə məsaf.
GÖFTƏNİ-SÜLH
NÜQLİ-XİDMƏTKAR1
Nüql gördü ki, ol iki bibak
Qılmaq istər bir-birini həlak.
Bildi kim, onlar ilə olsa cidal,
Ayağ altında ol olur pamal.
Bəng başına cizginib hər dəm
Yalvarıb düşdü Mey əyağına həm
Ki, məgər dəf ola təriqeyi-cəng,
Nə Mey etdi sözün qəbul, nə Bəng.
MƏN'ŞAN KƏRDƏNİ-MƏVİZ
ƏZ CƏNG2
Var idi bir müdəbbir, adı Məviz,
Vaqe' ol əsrdə bir əhli-təmiz.
Həm şərabın atası, qardaşı,
Həm səfərlərdə Bəng yoldaşı.
Şamdən qıldı sülh üçün ilqar,
Qıldı onlara və'zlər təkrar.
Olmadı və'zü pənd faidəmənd,
Əhli-cəhlə nə sud və'zlə pənd?
____________
1 Xidmətçi Nogulu sülh təklifi
2 Mövüzün onları davadan çəkindirməsi
ŞÜDƏNİ-NÜQL
DƏR MÜQABİLİ-BƏNG1
Nüql çıxdı onunla qılmağa cəng,
Qıldı bir həmlədə şəhid onu Bəng.
DƏR MƏSAF AMƏDƏN
MƏVİZİ -TƏMİZ2
Etdi əzmi-məsafi-Bəng Məviz,
Ol dəxi olmadı hərifi-sitiz.
ƏZ PEYƏŞ
HƏM KƏBABİ-ATƏŞİ-TİZ3
Ərseyi-rəzmi gərm qıldı Kəbab,
Zərbinə ol dəxi gətirmədi tab.
KƏRDƏNİ-BADƏ CƏNGRA
MƏQDƏM4
Gördü Badə ki, ləşkəri bir-bir,
Oldu ol nabəkar əlində əsir.
Vermədi qeyrə cəng üçün rüxsət,
Özünü çəkdi ortaya qeyrət.
Çün sipahilik içrə mahir idi,
Ona tədbiri-cəng zahir idi.
Bir neçə itrətini qoydu kəmin,
Özü yalqız məsafa girdi həmin;
______________
1 Noğulu Bəngə qarşı çıxması
2 Movüzün döyüşə girməsi
3 Ardınca iti odlu kababın gəlməsi
4 Badenin müharibəyə başlaması.
Girdi meydana, eylədi cövlan,
Üzə çəkdi hübabdan qalxan.
Bəng ilə çün müqabil oldu Şərab,
Ləhzeyi qıldılar süalü cəvab.
KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY
BAHƏM1
Mey edir2
- Mən nəbireyi-takəm!
Bəng edir:
- Sən pəlidü mən pakəm!
Mey edir:
- Mən nədimi-sultanəm!
Bəng edir:
- Mən bir əhli-irfanəm!
Mey edir:
- Hakimi-həvasəmü huş!
Bəng edir:
- Sufiyəm mən əzrəqpuş!
Mey edir:
- Mən şəfəq kimi aləm!
Bəng edir:
- Mən sipehr timsaləm!
Mey edir:
- Xoş mənimlədir aləm!
Bəng edir:
- Qütbi-aləməm mən həm!
Mey edir:
- Qəmli xəlqə qəmxarəm!
Bəng edir:
- Səncə mən dəxi varəm!
Mey edir:
- Mən çiraği-əncümənəm!
_______________
1 Mey ilə bəngin mübahisəsi.
2 Edir, aydır - "deyir" mə'nasındadır.
Bəng edir:
- Rəşgi-səbzeyi-çəmənəm!
Mey edir:
- Eşq piri-rahimdir.
Bəng edir:
- Ol mənim pənahimdir!
Mey edir:
- Növrəsi-cahansuzəm!
Bəng edir:
- Piri-danişamuzəm!
Mey edir:
- Eylərəm səni fani!
Bəng edir:
- Dinmə, həddini tani!
Bəhs ilə olmadı çü qət'i-niza,
Fitnə sülhü səlaha qıldı vida.
İbtida oldu çünki cəngü cədəl,
Bir neçə həmlə oldu rəddü bədəl,
Hiddəti-Bəng Meydən idi füzun,
Bəng qüvvət tapıb, Mey oldu zəbun.
Gördü çün dövlətində bimi-xələl,
İstədi üzri-səyyiati-əməl.
Nəzr edib eylədi Xudayı güvah
Kim, bu növbət bu düşmən olsa təbah,
Kimi tutdiysə eyləyə azad,
Etməyə kimsənin fəsadım yad.
Tapdı sail icabəti məs'ul,
Saf idi qəlbi, nəzri oldu qəbul.
Çıxdı nagəh kəmindən ol ləşkər,
Oldu Bəngin sipahi-zirü zəbər.
Buzəvü Bərşü Bəng əsir oldu.
Kimi xürdü, kimi xəmir oldu,
Badənin xatirinə yetdi səfa,
Nəzr qılmışdı, nəzrə qıldı vəfa,
Qıldı azad o dörd sərhəngi:
Saqiyü Bərşü Buzəvü Bəngi.
Hər birin qıldı bir işə mə'mur.
Aləmi etdi ədl ilə mə'mur.
Aqibət Bəng edib ihanətə ar,
Badənin xidmətindən etdi fərar.
İmdi gəzdikdə qorxa-qorxa gəzər,
Badə hər qanda görsə onu əzər.
Özünü mütləq aşikar etməz,
Mey olan yerlərə güzar etməz.
TƏLƏBİ-MƏĞFİRƏT
Zİ RƏBBİ-QƏFUR1
Tövbə, ey K'irdigar-üzrpəzir
Sözlərimdən kim, etmişəm təqrir.
Nitq verdin ki, vəsfi-zatın edəm;
Şərhi-keyfiyyəti-sifatın edəm;
Nə ki, övsafı-Mey qılıb əmda,
Bəng vəsfində olayım guya.
Allah-Allah, bu mehz üsyandır,
Qayəti-küfrü eyni-küfrandır.
Çün Füzulidürür mənim ləqəbim,
Əcəb olmaz gər olmasa ədəbim.
Var ümidim ki, üzrüm ola qəbul,
Olmaya böylə cürm ilə məs'ul.
1Bağışlayan Allahdan əfv istəmək.
Getməzəm ol yanaya, and içdim.
Mən sənin bir kəminə çakərinəm,
Eşigində qulami-kəmtərinəm.
Çoxdurur Badənin fəsadü şəri,
Səndədir fəqrü məskənət əsəri.
Buzə çün Bəngə oldu xidmətkar,
Bəng feyzilə vaqifi-əsrar,
Ol gecə Bəngü sairi-əshab
Qıldılar rahətü sürur ilə xab.
Sübhdəm kim, sipehri-camxüram
Saçdı Bəng üstünə meyi-gülfam,
Dürdsa təhnişin olub əxtər,
Saf meykimi çıxdı şö'leyi-tər.
Bəng fikrət dənizinə daldi,
Ortaya tərhi-məşverət saldı
Ki: "Nədir çareyi-şərarəti-Mey,
Necə təskin tapar hərarəti-Mey?"
DƏR NƏSİHƏT NUMUDƏNI-ƏFYÜN1
Dedi Əfyun ki: - Olmağıl qəmnak,
Mənəm ol zəhr dəfinə tiryak.
Qılayın gecələr yuxunu haram,
Yeməyəm nəsnə, tutmayam aram,
Edəyim zaye etdigi əməgin,
Ağrıdıb həmnişinlərin yürəgin.
BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN2
Bərşə çün düşdü söz, dedi: - Ey Bəng!
Onun ilə nə hasil eylər cəng?
Nə rəva cəng öylə sərkeş ilə,
Ələfı-xüşk netsin atəş ilə?
____________
1Əfyunun nəsihət etməsi
2 Bərşin də ona tabe olması.
Necə kim, mülkə ol verir rövnəq,
Kimsə meyl eyləməz sənə mütləq.
Sınmadan bu nizai tərk edəlim,
Bütün ikən bu mülkdən gedəlim.
PƏNDİ-MƏ'CUN BƏ GUŞİ-ƏSRARƏŞ1
Dedi Mə'cun ona ki: - Ey Əsrar.
Nə həzimət, nə cəng eylə şüar.
Layiq oldur onunla sülh edəsən,
Gər tələb qılsa, yanına gedəsən.
Eylə dəf inə məkr ilən tədbir,
Safdildir, yeri, mizacinə gir.
Qafil etmə özün müdaradan,
Hiylə yeyrək degilmi qövğadan?
BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ2
Qılmadı Bəng hiç qövlü pəsənd,
Gəlmədi hiç söz ona xürsənd,
Dedi: - Mən həm rəsul göndərərəm,
Sözlərinə cəvab döndərərəm.
Qılsa taət, riayətim görsün,
Qılmaz olsa, siyasətim görsün.
ZİKRİ-MƏ'CUNÜ DƏR RİSALƏTİ-U3
Ey Müfərrih, sənədir indi ümid,
Olasan fəth qapusinə kilid.
Səndədir hüni-xülqü lütfi-əda,
Çox görübsən məcalisi-hükəma.
____________
1 Mə'cunun Bəngə (Əsrara) nəsihəti.
2 Bəngin öz tədbirini söyləməsi
3 Mə'cunun elçiliyiə göndərilməsi
Səndə irfan cəvahiri çoxdur,
Səndəki rütbə kimsədə yoxdur.
Qərəzim olmağa sən eylə şitab,
Sən mənə qövmsən, nə bu əhsab.
Var, məndən Meyə nəsihət qıl!
Gər qəbul etməsə, fəzihət qıl!
DƏR SİFATİ-MEYÜ
ŞƏRARƏTİ-U1
Söylə: Ey bihəyayi-bihudəgərd,
Müfsidi hər səlah olan namərd!
Həmdəmin hər kim olsa leylü nəhar,
Gah divanədir, gəhi bimar.
Bu cahanda budur sənə tə'sir,
Ol cahanda dəxi zəqumü səir.
Sənsən ol rəhnümayi-əhli-əzab
Ki, ayağın yetən yer oldu xərab.
Məkrilən alın et evini yıxar,
Bu fəsadın saqınma, başə çıxar.
Ey bəsa əhli-təxtü sahibi-tac
Ki, qılıbsan bir ətməyə möhtac.
Ey bəsa huşiməndi-fərzanə
Ki, qılıbsan səfihü divanə.
Baisi-fitnəvü şərarətsən,
Nəcisül-eynü bitəharətsən.
"İnnəməl-xəmrü" ayesini oxu
Ki, sənindir kinayətində çoxu.
Qanda gəbr olsa, həmnişinindir,
Bu səbəbdən ki, dini dinindir.
Ulular səndən etməyə ikrah,
Olur, əlbəttə, asiyi-dərgah.
Kiçilər səndən etməsə pərhiz
Çıxar, əlbəttə...
___________________
1 Meyin sifətləri və onun (törətdiyi) şər haqqında
Çün xəmirən zinaya rağibdir,
Axta qılmaq səni münasibdir.
Sənsən olmuş müqəyyəd öz-özünə,
Cüzvi işdən çıxarsan el üzünə.
Kimə oldunsa məhrəmü yoldaş,
Gizli sirrini qıldın ellərə faş.
Əsərin düşsə hər yerə çoxü az,
Qılmaz əhli-şəriət onda namaz.
Çakərin oldu çəng, zar oldu,
Damənin tutdu dürd, xar oldu.
Tutdu bir ev himayətində hübab,
Eylədin al ilə evini xərab.
Şeyx Sən'ana bir dəm oldun yar,
Tərki-din etdi, bağladı zünnar.
Həmzə tədbirin ilə qıldı əməl,
Naqeyi-Salehə yetirdi xələl.
Səndə yoxdur təriqeyi-cədü əb,
Sən ədəbsizsən, onlar əhli-ədəb.
Səndə yoxdur təbiəti-fərzənd,
Son münafiqsən, ol səadətmənd.
Sirkə səndən dönəndə tapdı qəbul,
Məclisi-ehli-şər'ə rahi-vüsul.
Bisəbəb hərzə-hərzə qılma qəzəb,
Şişəni çalma daşa, saxla ədəb.
Bəs ki, əhli-xətasənü mürtəd,
Qanda üz qoydun isə oldun rədd.
Bəsi evlər xərabdır səndən,
Çox bağırlar kəbabdır səndən,
Açaram sirrini, tər olmaz isən,
Dürd nisbət mükəddər olmaz isən.
SİFƏTİ-MEY Kİ,
HƏST NAMƏŞRU1
Misr mülkündə var idi bir pir,
Hərgiz ixlası tapmamış təğyir,
Alimü arifü əfifüz-zeyl,
Qılmamış xübs ilə xəyanətə meyl.
Axiri-ömr olanda rikkəti-şeyb,
Saldı tərkibinə mərəzdən eyb.
Oldu tədbirə illəti möhtac,
Dedilər Badədir bu dərdə əlac.
Eylədi meyli-mey zərurət ilə,
İçdi bir cür'ə mey küdurət ilə.
Zövqi-mey saldı çün dimağına şur,
Arizu qıldı mütribü tənbur.
Müğbəçə mütribi çəkib avaz,
Eylədi qarşısında cilvəvü naz.
Pir şövq ilə mayil oldu ona,
Qüvvəti-nəfs hasil oldu ona,
Dedi; - Ey sərvqədd, siməndam!
Nola versən məni-şikəstəyə kam?
Məni vəsl ilə şadiman etsən,
Pir ikən yenlədən cəvan etsən.
Dedi: - Məndən murad hasildir,
Leyk din ixtilafi müşkildir.
Dinin ər dinimə münasib olur,
Sənə məndən murad hasil olur.
Pir ta razı ola xatiri-yar,
Tərkidin etdi, bağladı zünnar.
Oldu zaye cəmti-taatı,
Gör ona netdi mey mülaqatı!
Ey Meyi-ziştxu, budur əməlin,
Dinü dünyaya çoxdurur xələlin.
_____________
1 Haram olan Meyin sifəti
FƏTİ-BƏNG DƏR XƏYALATƏŞ1
Mənəm ol tiztəb', pakzəmir
Ki, lətif etdi tiynətim təqdir.
Məndədir şəfdi-qübbeyi-xəzra,
Əxtərim şahdanədən peyda.
Şeyxlər eylər ehtiram mənə,
Başları üzrədir məqara mənə.
Cövhərim qədr ilən mükərrəmdir.
Külli-tərkibə cüz'i-ə'zəmdir.
Fələki-əncümün mühəndisiyəm,
Cümlə elm əblinin müdərrisiyəm.
Nola gəlsə mənə siğarü kübar,
Almağa dərsi-məxzənül-əsrar.
Səbzeyi-busitani-idrakam,
Zövqbəxşi-zəmiri-qəmnakam.
Xızr vaqif olub həqiqətimə,
Girdi ol rütbə ilə kisvətimə.
Mənə eldən dəgər təpançəvü zur,
Elə məndən yetər nişatü sürur.
Künci-hər mədrəsə məqamımdır,
Firqeyi-əhli-elm ramımdır.
Şövkət əhlinə olmazam həmdəm,
Çəkməzəm şiddəti-məşəqqətü qəm.
Dövlətin çün məşəqqəti çoxdur.
Dövlətim var ki, dövlətim yoxdur.
Qanda bir müflisü qələndər var,
Mənəm ol müflisü qələndərə yar.
Məndə yox Mey kimi məhəbbəti-şur,
Dadlı sevməkdə olmuşam məşhur.
Meydən imanda gəlmişəm əfzun,
"İnnəməl-mö'minunə həlviyyun"2
Füqəra firqəsinə mən başəm,
Müttəsil əhli-fəqrə yoldaşəm.
_______________
1 Bəngin öz təsəvvürünə görə sifəti
2 Möminlərin hamısı şirinlik şey sevəndir
Səndən olğac əsiri-dərd mizac,
Sihhət üçün mənə olur möhtac.
Qanda olsam müqərrəbü məhrəm,
Onda olmaz nişani-qüssəvü qəra.
Mənəm ayinədari-feyzi-əzəl,
Surətim jəngü siyrətim seyğəl.
Versəm ayineyi-zəmirə cila,
Görünür onda cümleyi-əşya.
Səbzxət dübərəm, hicabım yox,
Mənə aşiq yügüş, müqəyyəd çox.
Munca fasiqlər içrə bibakəm,
Tə'n edər xəlq, leyk mən pakəm.
Mənə ariflərin iradəti var,
Arif oldur ki, saxlaya əsrar.
Ey bəsa binəvayi-müflisi-dun
Ki, xəyal ilə eylərəm Qanın.
Degiləm Badə kim, görüb atəş,
Əksilə nəsnə məndənü çıxa qəş.
Çəkmişəm şiddəti-hərarəti-nar,
Çıxmışam xalisü tamam əyar.
Aləmi bir xəyaldır dedilər,
E'timadı məhaldır dedilər,
Qütbi-aləm bu gün mənəm məşhur
Ki, qılır min xəyal məndə zühur.
Dərki-zatım saqınma asandır,
Sirri-karimdə əql heyrandır.
Bilməzəm qanda görmüşəm məktub,
Öz sifatımda bir hekayəti-xub:
DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ1
Bəsrədə bir müridi-rövşəndil
Bəngə olmuşdu ruzü şəb mayil.
Onu salmışdı nəş'eyi-Əsrar
Hər zaman bir xəyala leylü nəhar.
_____________
1 Müridin sifətləri və əhvalı haqqında
Bildi pir ol müridin əf' alın,
Zövqi-Bəng ilə xoş keçən halın,
Qıldı məmnu' sohbətindən onu,
Etdi məhrum həzrətindən onu.
Bir gün ol namuradi-xəstəcigər
Saldı əcz ilə pir saru güzər.
Dedi: - Ey hər kəmala rahbərim,
Ustadım, müəllimi-hünərim!
Nə səbəbdən günahkar olubam,
Nə günah eylədim ki, xar olubam?
Pİri-saleh müridə verdi cəvab
Ki: - Mənə bu işində qılma itab.
Derlər Əsrar ilə olubsan yar,
Zövqi-Bəng ilə vaqifi-Əsrar.
Saluban qəsri-asimana kəmənd,
Çox qılırsan təxəyyülati-bülənd.
Göydədir müttəsil sənin seyrin,
Sənə dərki qaçan yetər qeyrin?
Kamilüs-seyr olduğun bildim,
Tərki-dərsü təəllümün qıldım.
Bu dəlil ilə Bəng kamil imiş,
Xəlqə ondan murad hasil imiş.
ŞODƏNİ-MEY BƏCƏNG AMADƏ1
Eyləgəc Bəng sözlərini təmam,
Qıldı Mə'cun risalətə iqdam.
Leyk ta görməyə cəfayi-qədəh,
Oxudu min kərə duayi-qədəh.
Badeyi-ruhbəxşü canpərvər,
Qalmış idi mükəddərü müztər,
İntizar içrə kim, qaçan Buzə
Dönə bir dəxi ol cigərsuzə;
Qıla Bəngin hekayətin təqrir,
___________
1Meyin döyüşə hazır olması
Görələr bir ona göra tədbir.
Dedilər: - Bəngə döndü Buzeyi-dun,
Leyk gəldi risalətə Mə'cun.
Şükr qıldı ki: - Nikbətim getdi,
Dövlətimdir ki, onu dur etdi.
Meyə Mə'cun verib xəbər varın,
Sərbəsər zahir etdi əsrarın.
Badənin hiddəti füzun oldu,
Qəhrdən rəngi laləgun oldu.
Yığdı yanına Badə əshabın,
Cəm' qıldı məsaf əsbabın.
Dedi Mə'cunə: - İxtiyarın var,
Xah get, xah bunda eylə qərar.
Bildi Mə'cun ki, Bəng olur məğlub,
Özünü qıldı Badəyə mənsub.
Bəngdən keçdi, Badəxar oldu,
Sahibi-izzü e'tibar oldu.
BƏNG HƏM DƏR MÜQABİL
İSTADƏ1
Bəng bəm oldu haldan agah,
Yığdı məqdur olduğunca sipah;
Hər biri bir tərəfdə çəkdi səfi,
Oldu rənginbüsat hər tərəfi.
ƏZMİ-MEYDAN
NÜMUDƏNİ-ƏSRAR2
Əvvəl Əsrar girdi meydana,
Səhni-meydanda gəldi cövlana,
Başını açdıvü götürdü kötək,
____________
1 Bəngin da qarşı durması
2 Bəngin meydana girməsi
Girdi meydana pəhlivanlartək,
Urdu qayətdə pəhlivanlığa laf,
İstədi pəhlivan kim, edə məsaf.
GÖFTƏNİ-SÜLH
NÜQLİ-XİDMƏTKAR1
Nüql gördü ki, ol iki bibak
Qılmaq istər bir-birini həlak.
Bildi kim, onlar ilə olsa cidal,
Ayağ altında ol olur pamal.
Bəng başına cizginib hər dəm
Yalvarıb düşdü Mey əyağına həm
Ki, məgər dəf ola təriqeyi-cəng,
Nə Mey etdi sözün qəbul, nə Bəng.
MƏN'ŞAN KƏRDƏNİ-MƏVİZ
ƏZ CƏNG2
Var idi bir müdəbbir, adı Məviz,
Vaqe' ol əsrdə bir əhli-təmiz.
Həm şərabın atası, qardaşı,
Həm səfərlərdə Bəng yoldaşı.
Şamdən qıldı sülh üçün ilqar,
Qıldı onlara və'zlər təkrar.
Olmadı və'zü pənd faidəmənd,
Əhli-cəhlə nə sud və'zlə pənd?
____________
1 Xidmətçi Nogulu sülh təklifi
2 Mövüzün onları davadan çəkindirməsi
ŞÜDƏNİ-NÜQL
DƏR MÜQABİLİ-BƏNG1
Nüql çıxdı onunla qılmağa cəng,
Qıldı bir həmlədə şəhid onu Bəng.
DƏR MƏSAF AMƏDƏN
MƏVİZİ -TƏMİZ2
Etdi əzmi-məsafi-Bəng Məviz,
Ol dəxi olmadı hərifi-sitiz.
ƏZ PEYƏŞ
HƏM KƏBABİ-ATƏŞİ-TİZ3
Ərseyi-rəzmi gərm qıldı Kəbab,
Zərbinə ol dəxi gətirmədi tab.
KƏRDƏNİ-BADƏ CƏNGRA
MƏQDƏM4
Gördü Badə ki, ləşkəri bir-bir,
Oldu ol nabəkar əlində əsir.
Vermədi qeyrə cəng üçün rüxsət,
Özünü çəkdi ortaya qeyrət.
Çün sipahilik içrə mahir idi,
Ona tədbiri-cəng zahir idi.
Bir neçə itrətini qoydu kəmin,
Özü yalqız məsafa girdi həmin;
______________
1 Noğulu Bəngə qarşı çıxması
2 Movüzün döyüşə girməsi
3 Ardınca iti odlu kababın gəlməsi
4 Badenin müharibəyə başlaması.
Girdi meydana, eylədi cövlan,
Üzə çəkdi hübabdan qalxan.
Bəng ilə çün müqabil oldu Şərab,
Ləhzeyi qıldılar süalü cəvab.
KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY
BAHƏM1
Mey edir2
- Mən nəbireyi-takəm!
Bəng edir:
- Sən pəlidü mən pakəm!
Mey edir:
- Mən nədimi-sultanəm!
Bəng edir:
- Mən bir əhli-irfanəm!
Mey edir:
- Hakimi-həvasəmü huş!
Bəng edir:
- Sufiyəm mən əzrəqpuş!
Mey edir:
- Mən şəfəq kimi aləm!
Bəng edir:
- Mən sipehr timsaləm!
Mey edir:
- Xoş mənimlədir aləm!
Bəng edir:
- Qütbi-aləməm mən həm!
Mey edir:
- Qəmli xəlqə qəmxarəm!
Bəng edir:
- Səncə mən dəxi varəm!
Mey edir:
- Mən çiraği-əncümənəm!
_______________
1 Mey ilə bəngin mübahisəsi.
2 Edir, aydır - "deyir" mə'nasındadır.
Bəng edir:
- Rəşgi-səbzeyi-çəmənəm!
Mey edir:
- Eşq piri-rahimdir.
Bəng edir:
- Ol mənim pənahimdir!
Mey edir:
- Növrəsi-cahansuzəm!
Bəng edir:
- Piri-danişamuzəm!
Mey edir:
- Eylərəm səni fani!
Bəng edir:
- Dinmə, həddini tani!
Bəhs ilə olmadı çü qət'i-niza,
Fitnə sülhü səlaha qıldı vida.
İbtida oldu çünki cəngü cədəl,
Bir neçə həmlə oldu rəddü bədəl,
Hiddəti-Bəng Meydən idi füzun,
Bəng qüvvət tapıb, Mey oldu zəbun.
Gördü çün dövlətində bimi-xələl,
İstədi üzri-səyyiati-əməl.
Nəzr edib eylədi Xudayı güvah
Kim, bu növbət bu düşmən olsa təbah,
Kimi tutdiysə eyləyə azad,
Etməyə kimsənin fəsadım yad.
Tapdı sail icabəti məs'ul,
Saf idi qəlbi, nəzri oldu qəbul.
Çıxdı nagəh kəmindən ol ləşkər,
Oldu Bəngin sipahi-zirü zəbər.
Buzəvü Bərşü Bəng əsir oldu.
Kimi xürdü, kimi xəmir oldu,
Badənin xatirinə yetdi səfa,
Nəzr qılmışdı, nəzrə qıldı vəfa,
Qıldı azad o dörd sərhəngi:
Saqiyü Bərşü Buzəvü Bəngi.
Hər birin qıldı bir işə mə'mur.
Aləmi etdi ədl ilə mə'mur.
Aqibət Bəng edib ihanətə ar,
Badənin xidmətindən etdi fərar.
İmdi gəzdikdə qorxa-qorxa gəzər,
Badə hər qanda görsə onu əzər.
Özünü mütləq aşikar etməz,
Mey olan yerlərə güzar etməz.
TƏLƏBİ-MƏĞFİRƏT
Zİ RƏBBİ-QƏFUR1
Tövbə, ey K'irdigar-üzrpəzir
Sözlərimdən kim, etmişəm təqrir.
Nitq verdin ki, vəsfi-zatın edəm;
Şərhi-keyfiyyəti-sifatın edəm;
Nə ki, övsafı-Mey qılıb əmda,
Bəng vəsfində olayım guya.
Allah-Allah, bu mehz üsyandır,
Qayəti-küfrü eyni-küfrandır.
Çün Füzulidürür mənim ləqəbim,
Əcəb olmaz gər olmasa ədəbim.
Var ümidim ki, üzrüm ola qəbul,
Olmaya böylə cürm ilə məs'ul.
1Bağışlayan Allahdan əfv istəmək.