Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Amerika səfiri Naxçıvanda olub


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasından səfərdən qayıdıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Səfir iki gün idiki Naxçıvanda idi.

Məlumatda qeyd olunur ki, səfir rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Bundan başqa o, ABŞ-ın Energetika Departamenti tərəfindən maliyyələşən layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərəkədə olub.

Məlumatda bildirilir ki, səfir Brayza Avropa Parlamenti, beynəlxalq arxeoloji qurumlar və vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına, eləcə də o zaman səfir Brayzanın Azərbaycanın yüksək səviyyəli rəsmilərinə narahatlığını ifadə etməsinə səbəb olmuş 2005-ci ildə erməni xaçkarlarının (qəbir daşları) məhv edilməsi məsələsini araşdırmaq məqsədilə Culfaya səfər etmək niyyətində idi.

Səfirin Culfaya səfəri barədə müraciəti qəbul edilmədi. Lakin Naxçıvandakı rəsmilər Culfadakı xaçkarlarla əlaqədar məsələni səfir Brayza ilə ətraflı müzakirə etmiş və gələcək aylarda onunla əməkdaşlıq edərək Culfa qəbristanlığına səfərin təşkil ediləcəyinə vəd vermişlər.

«Səfir kimi gəlməzdən öncə Vaşinqtonda vəd etdiyim kimi, mən Culfada baş verənləri araşdırmaq üçün Naxçıvana getdim. Qəbristanlığın dağıdılması barədə məlumat aldığım zaman bildirdiyim kimi, mədəni irsin, xüsusən də qəbristanlığın məhvi, harada baş verdiyindən asılı olmayaraq, faciədir.

ABŞ bütün tərəfləri bu cür yerlərə hörmətlə yanaşmağa və bu yerlərin qorunması üçün əməkdaşlıq etməyə səsləyir»-deyə səfir bildirib.

«Qafqazın bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadlar, ənənə və dəyərlərin məskənidir»- deyə Brayza bildirmişdir:

«Mən, Tbilisidə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır, bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir»
XS
SM
MD
LG