Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:03

Azərbaycanda Pasxa bayramı necə keçirilir?


Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir
Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir
«Pasxa çıxsa, havalar da düzələr» ifadəsini tez-tez eşidirik. Bu inanc Pasxa bayramını qeyd edən xalqlardan gəlmədir. Pasxa - xaçpərəstlərin əsas dini bayramlarından biridir. Bu bayram yazda, təbiətin oyandığı bir vaxtda qeyd edilir.

Pasxa (qədim yəhudi dilində «pesax» - keçmə deməkdir, yunan dilində «paskhalia»dan yaranıb) – yəhudi və xristianların bayramıdır.

Nə vaxtsa yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edib. 325-ci ildə Ümumdünya Kilsə Məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı.

Əvvəllər xristianlar İsanın bazar günü dirilişini hər bazar günü qeyd edirdilər. Rəvayətə görə, İsa peyğəmbər 5-ci gün çarmıxa çəkilib, bazar günü isə onun yenidən həyata qayıdışı baş verib. Kilsə təşkilatının özünə yer tutmağa başladığı zamandan kilsələrdə xüsusi bir Pasxa Günü qeyd edilməyə başladı.

KULİÇ YEYƏN BÜTÜN ŞƏR QÜVVƏLƏRDƏN UZAQ OLUR

Azərbaycanda yaşayan malakanlar Pasxanı dini təriqətlərinə uyğun qeyd edirlər.

Bakıda yaşayan Mariya Voronina İvanovna deyir ki, süfrədə mütləq rənglənmiş yumurtalar olmalıdır. Kuliç isə bişiriləndən sonra kilsəyə aparılır, ona dualı su səpilir və evə gətirilir. İnanca görə, bu kuliçi yeyən bütün şər qüvvələrdən, pis ruhlardan uzaq olur.

«Adətə görə, bayram həftəsinin «Çistıy Çetverq» adlanan 4-cü gününə qədər evlərdə, həyətlərdə təmizlik işlərini sona çatdırırıq və həftənin sonuncu günü – «Svetloye Voskreseniye» adlanan gün bayram başlayır. Bu bayramda lapşa, kuliç, müxtəlif şirniyyatlar bişirir, yumurtalar
Boyalanmış yumurtalar
boyayırıq».

Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir. Mariya İvanovna deyir ki, qış bitəndə «Maslinitsa» bayramı keçirilir. Həmin gün milli yeməkləri olan blinı bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndən sonra Pasxa bayramı qeyd edilir. Bu bayram 7 gün davam edir.

Mariya İvanovna deyir ki, Azərbaycan ərazisində 18-ci əsrin sonlarında məskunlaşmış malakanlar öz dini etiqadlarına görə ruslardan seçilirlər:

«Bizlər ikona, xaç, xaç suyuna salınma kimi atributları qəbul etmirik. Müsəlmanlar kimi donuz əti yemək və spirtli içki içmək bizlərdə də haramdır. Bununla yanaşı, soğan yemək də haram buyurulur».

YEMƏKLƏRİN QIRINTISINI YERƏ SALMAQ OLMAZ

Pravoslav Lena Aleksandrovna da Pasxa bayramını təntənə ilə qeyd edir. O deyir ki, bayram 3 gün əvvəlcədən başlayır. 5-ci gündən dualar oxunur, süfrə müxtəlif şirniyyatlarla, yeməklərlə bəzədilir. Əsasən, donuz və quzu əti bişirilir. Yumurtalar isə 4-cü gündən boyadılır:

«Şənbə günü ibadət evlərinə gedirik. Özümüzlə yeməklər aparırıq. Ayinlər və dualar oxunur. Evə biz gec qayıdırıq. Sonra biz bayram masasının ətrafında oturub, dua edirik. Əvvəlcə özümüzlə kilsəyə apardığımız yeməkləri bölüşürük. Bu yeməklərin qırıntısını yerə salmaq
Elşad Miri
olmaz».

Lena Aleksandrovna bildirir ki, şənbə günündən bazar gününə keçən gecə çoxları yatmır, dualar oxunub, diləklər tutulur.

BAYRAM GÜNÜ HƏR İL YENİDƏN TƏYİN EDİLİR

Pasxa bayramı hər il yenidən müəyyən edilir. İlahiyyatçı ekspert Elşad Miri deyir ki, kilsə ilində əsasən dörd mərhələ var:

«Advent mərhələsi - İsanın doğum gününü hazırlayan dörd həftəlik tövbə dövrü, Milad mərhələsi - İsanın doğum günü, Böyük Pasxa oruc hazırlığı və Pasxa dövrü. Pasxa ən böyük xristian bayramlarından biridir».

Elşad Miri deyir ki. Pasxa bayramı Şərq kilsəsi üçün böyük əhəmiyyətə malikdir.

Xristianlıqda insanı əbədi ölümdən xilas edəcəyinə inanılan İsanın yenidən dirilişi hadisəsi kilsə və hər bir insan həyatının mərkəzi hesab edilir.

Bu il pravoslavlar Pasxanı aprelin 24-də qeyd edirlər. Pravoslavlarla katoliklərin Pasxa bayramları arasında gün baxımdan fərq var.
XS
SM
MD
LG