Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Həbs müddəti bitən gənc barəsində yenidən 2 aylıq həbs


Rüfət Hacıbəyli aksiya zamanı
Rüfət Hacıbəyli aksiya zamanı
17 aprel aksiyasına görə 5 günlük həbs müddəti bitən Müsavat Partiyası Gənclər təşkilatının üzvü Rüfət Hacıbəyli barəsində 2 aprel mitinqinə görə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Namazov məlumat verib.

17 aprel mitinqində saxlanılan Rüfət Hacıbəyli aprelin 22-də azadlığa çıxmalı idi.
Amma azadlığa çıxacağı gün 2 aprel mitinqi ilə bağlı onun barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya fəal iştirak etmə) ilə ittiham elan olunub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, Rüfət Hacıbəyli ilə bağlı Səbael rayon məhkəməsində şənbə günü günorta saatlarından başlayan proses gecə saat 24:00 radələrinə qədər davam edib.

«Biz bir neçə vəsatət qaldırdıq ki, proses bazar ertəsinə saxlanılsın, Rüfət Hacıbəylinin səhhətində problemlər var, o istintaq müddətində azadlıqda olsun, bundan başqa bütün məhkəmə tərkibinə etiraz etdik, amma bunların heç birinə əhəmiyyət verilmədi».

Vəkilin deməsinə görə, onun müdafiə etdiyi şəxs 2 aprel mitinqi zamanı «Təzə bazar» ərazisi yaxınlığında bir qrup şəxslə polis maşınına xəsarət yetirməkdə ittiham olunur.

«Əgər belə bir hadisə baş versəydi, indi televiziyalar polis maşına necə xəsarət yetirildiyini reklam edərdilər. Belə bir hadisə baş verməyib axı, belə bir şey olmayıb».

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı 10 nəfər 233-cü maddə ilə ittiham olunur.
XS
SM
MD
LG