Xalq şairi Balaş Azəroğlu aprelin 24-də günorta saatlarında dünyasını dəyişib.
Şairlə vida mərasimi aprelin 25-də “Təzə Pir” məscidində keçirilib və o, II Fəxri Xiyabanda dəfn edilib.
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub.
Orta təhsilini də burada alıb. İlk mətbu şeri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxıb.
1938-ci ildə ailəliklə İranın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır.
Milli azadlıq hərəkatına qoşulur (1941).
Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, "Şairlər məclisi"nin Ərdəbil şöbəsinin rəhbəri olub. (1943-1945).
Təbrizdə Milli hökumət tərəfındən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur.
"Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilir (1946).
Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunur.
Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır (1947-1952).
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsinin baş elmi işçisi işləyib. (1963-1982).
Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb.(1981-1991).
Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir. Farscadan Azərbaycan dilinə çevirdiyi Nizaminin "Yeddi gözəl" poemasını (1992, "Yazıçı"), Füzulinin qəzəllərini çap etdirib.
Onun ərəb əlifbası ilə "Seçilmiş əsərləri" (1996, Tehran) buraxılıb.
B.AZƏROĞLUNU ŞEİRLƏRİNİ OXU