Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb. Bərpa işləri Nazirlər Kabinetinin təsdiq etdiyi «Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan»a uyğun olaraq aparılır.
«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytında yerləşdirilmiş xəbərə görə, bu işləri işləri Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri şəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər həyata keçirəcək. Bərpa zamanı Almaniyanın «Remmers» şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq.
«Atelier Erich Pummer» şirkəti 2009-cu ilin noyabr ayında abidənin unikallığı və təkrarolunmazlığı nəzərə alınaraq tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparıb.
Məlumatda deyilir ki, UNESCO-nun «Dünya İrsi Siyahısı»na daxil olan Qız Qalasına uzun müddət lazımi diqqət göstərilməməsi və ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq. Abidə tarixi görkəminə qaytarılacaq.
Avstriyanın «Atelier Erich Pummer» şirkəti ötən il İçərişəhər ərazisində yerləşən digər dünya əhəmiyyətli abidə - Məhəmməd Məscidində muzey-konservasiya işlərini uğurla başa çatdırıb.
Konservasiya işləri zamanı Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib. Bunun nəticəsində havasızlıq şəraitində daşlar daxildən bərkidilib. Bununla da abidənin tarixiliyinə, mövcud quruluşuna zərər yetirilməyib.