Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:26

ABŞ İran seçkisinə görə sanksiyalar qoyur


Ali Khamenei (solda) və Ahmad Jannati
Ali Khamenei (solda) və Ahmad Jannati

Birləşmiş Ştatların sanksiya siyahısına salınmış rəsmilərdən biri bundan şərəf duyduğunu deyib.

“Xalqımızın düşməni tərəfindən sanksiya siyahısına salınmaq bizi xoşbəxt elədi... Amerika tərəfindən sanksiya olunmaqdan şərəf duyuram”, – Mühaffizlər Şurasının sözçüsü Abbas Ali Kadkhodaei deyib.

***

Birləşmiş Ştatlar İranda fevralın 21-də keçirilən parlament seçkiləri ilə bağlı İran hökumətinin beş nümayəndəsinin üzərinə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyi fevralın 20-də bəyan edib ki, söhbət İran Konstitusiyaya Nəzarət Şurasından və onun Seçkilərə Rəhbərlik Komitəsinin nümayəndələrindən gedir.

Birləşmiş Ştatlar İranın bu qurumunu ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei-nin siyasəti ilə razılaşmayanların namizədliyinin qeydə alınmamasında ittiham edir.

Sanksiya edilənlərin arasında nüfuzlu ruhani xadim, Nəzarət Şurasının katibi Ahmad Jannati də var.

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brian Hook fevralın 20-də Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, Jannati namizədlərin yoxlanması prosesində iştirak edib.

Hook bildirib ki, İran seçki komitəsi 7000 namizədi parlament seçkisində iştirakdan məhrum edib.

İndiki parlamentin 90 üzvünə isə təkrar seçki üçün namizədliklərini vermək qadağan edilib.

Hook bildirib ki, Jannati və üzərinə sanksiyalar qoyulan 4 başqa rəsmi İran xalqının “azad və ədalətli seçki” keçirməsinə imkan verməyiblər.

ABŞ dövlət katibi Mike Pompeonun bəyantında isə deyilir ki, “Jannati kimi ruhanilər son 41 ildə iranlıları seçki qutularının qarşısında real seçimdən məhrum ediblər”.

O əlavə edib ki, “İran xalqı ölkə daxilində rejimin qəddarlığına, xaricdə isə avantürizminə qarşı çıxır”.

Maliyyə naziri Steven Mnuchin bildirib ki, Trump administrasiyası seçkinin rejimin xeyrinə manipulyasiya edilməsinə dözümlülük göstərməyəcək.

ABŞ sanksiyaları habelə İran Konstitusiyaya Nəzarət Şurasının üzvü Mohammad Yazdiyə, seçki komitəsinin üzvləri Abbas Ali Kadkhodaei-yə, Siamak RahpeykəMohammad Hasan Sadeghi Moghadam-ə tətbiq ediləcək.

XS
SM
MD
LG