Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:26

ABŞ İrandan nüvə öhdəlikləri barədə hesabat istənməsinə çağırır


Arak ağır su reaktoru
Arak ağır su reaktoru

Birləşmiş Ştatlar İrandan onun beynəlxalq nüvə müqavilələri üzrə öhdəliklərinə necə əməl etməsi barədə haqq-hesab sorulmasına çağırıb.

Vaşinqton Tehranı nüvə təhlükəsizliyini pozmaqda ittiham edir.

ABŞ dövlət katibi Mike Pompeo martın 5-də keçirdiyi mətbuat konfransında deyib ki, “bütün ölkələr İrandan öz öhdəliklərinə əməl olunmasını tələb etməlidirlər, yoxsa NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) müqaviləsi üzərində yazıldığı kağıza dəyməz”.

Bu həftənin əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) bildirib ki, İran son 3 ayda 2015-ci ilin nüvə sazişini pozaraq özünün zənginləşdirilmiş uran ehtiyatını üç dəfə artırıb.

BMT-nin nüvə gözətçisi martın 3-də bildirib ki, İranın daha üç nüvə qurğusu barədə məlumatı gizlətməsindən şübhələnir və Tehrandan bu barədə izahat tələb edir.

Pompeo bu barədə deyib:

“İranın IAEA-nın bu həftə barəsində xəbər verdiyi nüvə informasiyasını bilərəkdən bəyan etməməsi onun NPT üzrə sazişlərin şərtlərini pozduğunu aşkar şəkildə göstərir. Rejim IAEA ilə dərhal əməkdaşlıq etməli və öz öhdəliklərinə tam əməl etməlidir”.

Avropadan dəstək istəyir

İran 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, habelə Almaniya və Avropa İttifaqı ilə nüvə sazişi imzalayıb. Lakin ABŞ 2018-ci ildə bu razılaşmadan birtərəfli qaydada çıxaraq Tehran üzərinə sanksiyaları bərpa edib.

İran açıq şəkildə deyib ki, ABŞ-ın bu razılaşmadan çıxması ilə əlaqədar o da sözü gedən sazişin şərtlərinə əməl olunmasını tədricən azaldacaq.

İran bildirib ki, Avropa Tehranı ABŞ sanksiyalarının təsirindən “mənalı” şəkildə qoruyacaq razılaşma təklif edərsə, onda ölkə imzaladığı sazişin öhdəliklərinə tam qayıdacaq.

Lakin Tehran bildirir ki, Almaniya, Fransa və Britaniya bu sahədə İrana lazımi dəstəyi verməyiblər.

Üç şübhəli obyekt

IAEA agentliyinin hesabatında deyilir ki, İranın aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatı 1020 kiloqrama çatıb.

Bu, nüvə sazişinin İran üzərinə qoyduğu 300 kiloqram limitindən qat-qat çoxdur.

BMT agentliyinin bundan əvvəl, 2019-cu ilin noyabrında açıqladığı hesabatda deyilirdi ki, İranın zənginləşdirilmiş uran ehtiyatı 372.3 kiloqramdır.

Bəzi ekspertlər deyirlər ki, İran ona nüvə silahı hazırlamaq imkanı verəcək uran həcmlərinə yaxınlaşmaqdadır.

İran israr edir ki, onun nüvə proqramı sırf mülki səciyyə daşıyır.

IAEA bunu da bildirib ki, Tehran onun müfəttişlərinə nüvə qurğusu olmasından şübhə olan üç obyektdən ikisinə giriş verməyib.

XS
SM
MD
LG