Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:24

ABŞ Arktikada Rusiya və Çinin nüfuz təsirini önləməyə çalışır


Qrenlandiyanın Sermersooq bələdiyyəsində yaşayış məntəqəsi
Qrenlandiyanın Sermersooq bələdiyyəsində yaşayış məntəqəsi

Birləşmiş Ştatlar Rusiya və Çinin Arktikada artan nüfuzunu önləmək məqsədilə Qrenlandiyaya 12 milyon dollarlıq iqtisadi yardım vermək və adada ABŞ-ın konsulluğunu açmaq qərarına gəlib.

Danimarka və ABŞ rəsmiləri bu barədə məlumatı aprelin 23-də keçirilən mətbuat konfransında veriblər.

Birləşmiş Ştatlar bildirib ki, konsulluq Qrenlandiyanın paytaxtı Nuuk şəhərində bu ilin sonunadək açılacaq. İqtisadi yardım paketinin əsasən təbii ehtiyatların inkişaf etdirilməsinə xərclənəcəyi nəzərdə tutulub.

Qrenlandiya Danimarkanın tərkibində muxtar hüquqlara malik arktik ərazidir.

Son zamanlar Rusiya və Çinin Arktikada hərbi mövcudiyyətini gücləndirməsi Qrenlandiyanın strateji önəmini artırıb.

Bunda başqa qlobal istiləşmə nəticəsində bu bölgədə yeni dəniz yolları açılıb. Bu isə öz növbəsində kommersiya və hərbi fəallığı artırıb.

ABŞ Arktika siyasətini təzələyir

Qrenlandiyanın baş naziri Kim Kielsen deyib ki, ABŞ-ın iqtisadi yardım paketi ada üçün yaxşı xəbərdir və ABŞ-la əməkdaşlığın bəhrə verdiyini göstərir.

Dövlət Departamentinin rəsmilərindən biri deyib ki, “ABŞ son aylarda Danimarka ilə əməkdaşlığı intensivləşdirib və özünün Arktika siyasətini bugünün strateji reallıqlarına uyğunlaşdırmaqdadır”.

Prezident Donald Trump ötən il ABŞ-ın Qrenlandiyanı almaq niyyətində olduğunu bildirmişdi.

Bu ideya Danimarka tərəfindən dərhal rədd edilmişdi. Dövlət Departamenti bildirib ki, indiki iqtisadi yardım paketi həmin təşəbbüslə bağlı deyil.

Çinin buz içində İpək Yolu

Birləşmiş Ştatlar Nuukdakı konsulluğunu illər öncəsi bağlasa da, Qrenlandiyadakı Tule hərbi-hava bazasını saxlayıb və burada bir sıra inkişaf layihələrində iştirak edir.

Son vaxtlarda Rusiya Arktikadakı mövcudiyyətini artırmağa başlayıb. Çin isə indi özünü “Arktikaya yaxın dövlət” adlandırır və hətta “Qütb İpək Yolu” layihəsindən söz açır.

Bu yaxınlarda ABŞ-ın Danimarkadakı səfiri Carla Sands Altinget internet saytında yazdığı məqalədə qeyd edirdi ki, Vaşinqton Arktikada üstünlük verilən partnyor olmağa can atır.

Sands bu məqalədə habelə Rusiyanı “aqressiv davranışda və Arktikanı hərbiləşdirməkdə” ittiham edib.

O habelə yazır ki, Çin Qrenlandiyada “qəsbkar iqtisadi maraqlara” malikdir.

XS
SM
MD
LG