Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:52

ABŞ Rusiyanın ‘təhlükəli tibb cihazlarından’ istifadə etmədiyini deyir


Yanğınsöndürənlər Sankt Peterburqdakı Müqəddəs Georgi xəstəxanasında
Yanğınsöndürənlər Sankt Peterburqdakı Müqəddəs Georgi xəstəxanasında

ABŞ Federal Fövqəladə Hallar Nazirliyi Birləşmiş Ştatlara koronavirusa yoluxmuş pasientlərin müalicəsi üçün Rusiyadan göndərilmiş ventilyatorların Rusiya xəstəxanalarında iki yanğına səbəb olduğu deyilən ventilyatorlarla eyni modeldən olduğunu təsdiqləyib.

Nazirliyin sözçüsü Janet Montesi mayın 12-də deyib ki, bu ventilyatorların təhlükəsizliyindən ciddi narahatlıq olduğuna görə onlardan heç bir ABŞ xəstəxanasında istifadə edilməyib və cihazlar federal hökumətə geri qaytarılıb.

Montesi deyib ki, koronavirus infeksiyasının ən ağır vəziyyət yaratdığı Nyu York və Nyu Cersiyə göndərilmiş bu cihazlara pandemiyanın səngiməsinə görə də ehtiyac qalmayıb.

Rusiya ventilyatorları yoxlayır

ABŞ nazirliyi bu bəyanatı verməzdən az əvvəl Rusiyada səhiyyə sahəsinə nəzarət edən dövlət qurumu - Roszdravnadzor COVID-19 pasientlərinin müalicəsində istifadə olunan ventilyatorların yoxlanmasına başladığını bildirmişdi.

Roszdravnadzor xəbər verirdi ki, Sankt Peterburqda 5 nəfərin ölümü ilə nəticələnmiş yanğın məhz bu ventilyatorlardan istifadə olunan xəstəxanada baş verib.

Sankt Peterburq şəhərinin rəhbərliyi bildirirdi ki, mayın 12-də Müqəddəs Georgi xəstəxanasında baş vermiş yanğına böyük bir ehtimalla bu ventilayorların nasazlığı səbəb olub.

Bundan əvvəl Moskva xəstəxanasında bir pasient qadının ölümü ilə nəticələnmiş yanğının da ventilyatora görə törəndiyindən şübhələr olduğu xəbər verilmişdi.

Söz-söhbət yaradan “çox gözəl jest”

Bu ventilyatorlar Rusiyadan ABŞ-a yük təyyarəsi ilə göndərilmişdi. O vaxt Rusiyanın dövlət mediası bunun ABŞ-a humanitar yardım olmasını elan etmişdi.

Bundan sonra ABŞ Dövlət Departamentinin sözçüsü xanım Morgan Ortagus bəyan etmişdi ki, göndərilən tibb avadanlığı və vasitələr humanitar yardım deyil, çünki ABŞ bunların pulunu ödəyib.

Ortagus bunu da demişdi ki, Rusiya sözü gedən təyyarəni prezidentlər Donald Trump Vladimir Putin arasında telefon danışığından dərhal sonra göndərib.

Trump demişdi ki, Putin tibb cihazları təklif edib və bu onun tərəfindən “çox gözəl bir jest” olub.

Rusiyadan göndərilən yük ABŞ-a çatdıqdan dərhal sonra Amerika mediası bu aktdan Putinin təbliğat kimi faydanlanmaq istədiyini yazmışdı.

XS
SM
MD
LG