Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:19

AB Rusiyaya vaksin sertifikatlarını qarşılıqlı tanımağı təklif edir


AB-nin rəqəmsal vaksin pasportu
AB-nin rəqəmsal vaksin pasportu

Belə bir razılaşma ikitərəfli səyahət, turizm, ticarət kanallarının açılmasına səbəb olar

Avropa Birliyinin (AB) Moskvadakı elçisi iyulun 8-də deyib ki, blok Rusiyaya COVID-19 sertifikatlarının mümkün qarşılıqlı tanınmasının müzakirəsini təklif edib.

Belə bir razılaşma ikitərəfli səyahət, turizm, ticarət kanallarının açılmasına səbəb olar.

AB-nin səfiri Markus Edererin sözlərinə görə, blokun mövcud qanunvericiliyi xarici sertifikatların da tanınmasını mümkün edir. Xəbəri Rusiyanın TASS agentliyi yayıb.

“Biz bu ruhda Rusiyanın Səhiyyə Nazirliyinə müraciət edərək Rusiyanın belə bir prosesdə maraqlı olub-olmamasının müzakirəsini istəmişik”, – Ederer deyib.

QR kodlu sertifikat

İyulun 1-dən blokun 27 üzvü ərazisində AB-nin QR kodlu Rəqəmsal COVID Sertifikatı rəsmən qüvvəyə minib.

Rusiyanın özündə səyahət, evdən kənarda yemək, hətta ofisə getmək üçün vaksin sertifikatı tələb olunur. Amma araşdırmalar internetdə 40 dollara saxta sertifikatların təklif olunduğunu göstərir.

Rusiyada təsdiqlənmiş dörd vaksindən heç biri Avropa Birliyi üzvlərində qəbul olunmayıb. Sputnik V vaksini isə onlarla digər ölkələrdə də vurulur.

Rusiyada da heç bir xarici vaksin təsdiqlənməyib.

Hazırda Rusiyada vaksinasiya tərəddüd, skeptisizmlə əlaqədar ləng gedir. Əslində, bu problemlər Avropanın bir çox ölkələrində də var.

Azı 67 ölkədə Sputnik V vurulur

AB-nin rəqəmsal pasportu sahibinin COVID-19-a qarşı peyvənd olunmasını, ona tutulub sağalmasını, yaxud testin neqativ nəticəsini əks etdirir.

Rusiyanın əsas Sputnik V vaksini Gam-COVID-Vac adıyla da tanınır. Vaksin ötən il dünyada təsdiqlənmiş ilk vaksin oldu, amma prosedurun tələsik aparılması, yetərincə dəlilin açıqlanmaması onunla bağlı şübhələrə yol açıb.

Sputnik V azı 67 ölkədə təsdiqlənib. Amma onu nə Dünya Səhiyyə Təşkilatı, nə də Macarıstanı çıxmaqla hər hansı Qərb tənzimləyici orqanı təsdiqləyib.

Vaksini hazırlayanlar isə siyasi əngəllərdən şikayətçidirlər.

“Nature” dərgisində bu həftə dərc olunmuş hesabata görə, “getdikcə daha çox dəlil Sputnik vaksininin təhlükəsiz və effektli olduğunu göstərir”.

XS
SM
MD
LG