Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:34

ABŞ-la Çin qarşılıqlı şəkildə tarifləri qaldırdılar


Hong-Hong yük terminalı , 14may, 2019
Hong-Hong yük terminalı , 14may, 2019

ABŞ-la Çin qarşılıqlı şəkildə bir sıra mallara tarifləri qaldırıblar.

Bu, dünyanın iqtisadi nəhəngləri olan 2 ölkəsi arasındakı ticarət savaşını daha da dərinləşdirib.

AzadlıqRadiosunun Reuters və digər informasiya agentliklərinə istinadla verdiyi məlumata görə, ABŞ iyunun 1-dən Çin mallarına qarşı tarifləri 25 faizə qaldırıb.

ABŞ prezidenti Donald Trump mayın 10-da bildirmişdi ki, ümumilikdə 200 milyard dollarlıq Çin mallarına qarşı tarifləri 25 faizədək yüksəltmək fikrindədir.

Amma bu tədbir, bu vaxtan əvvəl Çindən göndərilmiş mallara şamil edilmirdi.

Öz növbəsində Çin iyunun 1-dən təxminən 60 milyardlıq ABŞ mallarına qarşı tarifləri qaldırıb.

Söhbət, 20-15 faizdən gedir və bu ABŞ-dan gələn malların təxminən yarıdan çoxunu əhatə edir.

Qeyd edək ki, mayın 10-da tərəflər arasında aparılan danışıqlar baş tutmadı.

Trump Çini, iki ölkə arasındakı ticarət mübahisəsini tənzimləyən razılaşmanın şərtlərini pozmaqda günahlandırır. Çin ittihamı rədd edir.

Bu iki nəhəng ölkə arasındakıticarət savaşı səhm bazarlarını silkələyib, dünya iqtisadiyyatında geriləmə yaranacağı sarıdan narahatlıqdoğurub..

Trump Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər bir sıra sahələrdə dəyişikliklər tələb edir.

XS
SM
MD
LG